Pərvin Kərimzadə: Qubadlıların yurd həsrətinə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu son qoydu

Pərvin Kərimzadə: Qubadlıların yurd həsrətinə Ali Baş Komandanın  rəhbərliyi ilə Azərbaycan Ordusu son qoydu

2020-ci il Azərbaycan tarixinəqızıl hərflərlə yazıldı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirən 44 günlük Vətən müharibəsiotuzillik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsinin hər günü işğal altında qalan kənd və şəhərlərimizin azad edilməsi ilə Zəfər salnaməsinin şanlı səhifələrinə çevrildi.

 

25 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu Qubadlı şəhərində üçrəngli bayrağımızı ucaltdı. Qubadlıdanilk xəbər 2020-ci il oktyabrın 23-də gəldi. "Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir”, - deyə Prezident İlham Əliyev özünün "Twitter” səhifəsində yazdı.


Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Qubadlıda düşmən güclü istehkamlar qurmuş, yüksəkliklərdə hərbi birləşmələrini yerləşdirmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq tələb edirdi. Qəhrəman Azərbaycan Ordumuzilk növbədə strateji yüksəklikləri ələ keçirdi. Zəngilanın azad edilməsindən sonra Ermənistanın Qubadlı rayonunun ərazisinə əlavə qoşunlar cəlb etməsinə baxmayaraq, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Oktyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi "Twitter” səhifəsində növbəti qələbə müjdəsini xalqımıza çatdırdı: "Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.


"Dəmir yumruğ”un sərrast zərbələri ilə düşmən darmadağın edildi. Erməni qəsbkarları torpaqlarımızdan birdəfəlik qovuldu. Erməni işğalçılarının illərlə qurduğu istehkamlar dağıdıldı, xaricdən cəlb etdiyi muzdlu əcnəbi döyüşçülər mərd igidlərimiz tərəfindən məhv edildi .Təxminən 30 il sürən, sülh danışıqları ilə bu qədər müddətdə həll olunmayan münaqişəyə 44 günlük Vətən müharibəsi ilə yekun vuruldu. Ermənistanın döyüş meydanına göndərdiyi hərbi texnikanın son dayanacaq yeri Bakıda yaradılmış Hərbi Qənimətlər Parkı oldu.


Azərbaycanın Vətən müharibəsindəki böyük Qələbəsi Ermənistanın "güclü ordusu”nun yalnız mif olduğunun təsdiqi kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı "yenilməzlik” mifini darmadağın etdi.

 

Artıq Qubadlının, eləcə də işğal edilmiş bütün torpaqların azad edilməsindən 1 il ötür. Düşmən tapdağı altında qalan torpaqların sakinlərinin yurd həsrətinə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyuldu.

25 oktyabr 2020-ci il Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Qubadlı sakinlərinin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq ən parlaq səhifə oldu.


Hazırda bir il öncə işğaldan azad olunan Qarabağ sürətlə dirçəlir,işğaldan azad olunan torpaqlarda yenidənqurma işləri aparılır.


Qubadlı da tezliklə bərpa olunacaq, öz yurdlarından köçkün düşmüş insanlar doğma evlərinə qayıdacaqlar.

 

Millət vəkili

 

Pərvin Kərimzadə

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Veteranlarımız dinc həyatda da nümunə olmalıdırlar – Ədalət Verdiyevin yazısı

Müharibə itkilərlə müşahidə olunan dəhşətli bir faciədir. Azərbaycan xalqı uzun müddət davam edən işğal dövründə bir anlıq da olsun Qarabağı unutmadı. Hər an Si...

Erməni riyakarlığına Rusiyanın cavabı...

MHP Başkanı Devlət Baxçəlinin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana bağışladığı "Türk Dünyası” xəritəsi hamıdan çox erməniləri həyəcanlandırdı.   Növb...

Əcdadlarımızın vəsiyyəti reallaşır...

Bu yazıdakı sitatların bolluğu təəccüb doğurmamalıdır. Çünki onların hər biri baş verən böyük tarixi hadisələrin mahiyyətinin təhrif olunmadan çatdırılmasına xi...

Bu - bütün Azərbaycanın və Yer üzərində yaşayan bütün Azərbaycanlıların Zəfəridir

Bir neçə həftə öncə Dövlət Müstəqilliyimizin bərpa olunmasının 30 illik yubileyini qeyd etdik. 1920-ci ildə itirib yalnız 1991-ci ildə bərpa edə bildiyimiz mü...

Texnologiya əsrində Azərbaycan: Gələcəyin İT tendensiyaları və biz

Bu ilin 28 oktyabr tarixində "Facebook” rəhbərliyi ABŞ mərkəzli internet nəhənginin adını dəyişdirmək barədə qərar verdiklərini açıqladı. Bu tarixdən etibarən "...

Müttəfiqlik rəmzi olan hədiyyə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 26-da birinci bortla Füzuli Beynəlxalq Hava Limanına eniş etdi. 44 günlük ...