Pərvin Kərimzadə: Layiqli övlad, etibarlı həyat yoldaşı, fədəkar ana, peşəkar həkim - Zərifə xanım Əliyeva

Pərvin Kərimzadə: Layiqli övlad, etibarlı həyat yoldaşı, fədəkar ana, peşəkar həkim - Zərifə xanım Əliyeva
 Gözəl insan, qayğıkeş ana olan Zərifə xanım Əliyevanın böyüklüyü haqqında danışmağa zaman yetməz. Həyat Zərifə xanıma şərəfli tale seçib. O, böyük dövlət xadiminin qızı, Azərbaycanı müstəqilliyə gətirib çıxaran ulu öndərin həyat yoldaşı, hər bir azərbaycanlının Prezidenti İlham Əliyevin anası idi. Zərifə xanım bu həyatda bu üç missiyanı şərəflə yerinə yetirdi.

Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, Zərifə Əliyeva yaxşı ana, vəfalı ömür-gün yoldaşı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş həkim-oftalmoloq, intellektual keyfiyyətləri cəm halda özündə birləşdirən ziyalı, XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri kmi yaddaşlara əbədi həkk olunub.

Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan danışan Pərvin Kərimzadə layiqli övlad, etibarlı həyat yoldaşı, fədəkar ana omaqla yanaşı, bu qəlblərə, gözlərə nur gətirən xanımın həm də elmdə çox böyük nailiyyətlərə sahib olduğunu dilə gətirib: Müxtəlif dövlət mükafatlarına layiq görülərək, peşəkar həkim kimi layiqli qiymətini alan Zərifə xanımın ən böyük amalı vətəndaşlara xidmət etmək olub. O, həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənmiş, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırmışdır. Onun üçün elmlər doktoru adını almaqdan öncə insanların görmə qabiliyyətinin yaxşılaşdırılması daha prioritet məsələ idi.

Pərvin Kərimzadə vurğulayıb ki, Heydər Əliyev kimi böyük şəxsiyyətin məhəbbətinə layiq olmaq təkcə böyük xoşbəxtlik yox, həm də böyük məsuliyyət idi. Ancaq seçilmiş insan belə məhəbbətə layiq ola bilərdi! Gözlərə və qəlblərə nur gətirən Zərifə xanım da seçilmiş insanlardan idi. Zərifə xanım bir də ona görə xoşbəxt insanlardandır ki, bu gün onun ocağında onun yolunu davam edən, xeyirxahlıq və ümid təcəssümü olan Mehriban xanım Əliyeva var. Bu gün bütün Azərbaycan qadınına nümunə olan, örnək olan Mehriban xanım Əliyeva var.

Millət vəkili bildirib ki, həyatda belə böyük sevgi qazanmaq, özündən sonra nurlu xatirələr qoyub getmək çox az adamın taleyinə yazılır. Akademik Zərifə xanım Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır. Onun işıqlı xatirəsi xalqımızın ürəyində əbədi yaşayacaq. Bu gün ulu öndər Heydər Əliyevin və Zərifə xanımın xeyirxahlığı, millətinə, xalqına məhəbbəti, mənəvi saflığı, fədakarlığı Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində davam etdirilir.

OXŞAR XƏBƏRLƏR