Pensiya yaşına çatmadan ölən şəxsin hesabındakı pul kimə verilir? - RƏSMİ

Pensiya yaşına çatmadan ölən şəxsin hesabındakı pul kimə verilir? - RƏSMİ
Azərbaycanda pensiya yaşına çatmayan vətəndaşların vəfatından sonra sığorta hesabına yığılan pul ailə üzvlərinə pensiya təyin edilərək ödənilir.
 
Sfera.az xəbər verir ki, bu barədə anews.az-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib. 
 
"Əmək pensiyaları haqqında” Qanuna əsasən sigortaolunan vəfat etdiyi halda isə onun ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir.  18 yaşınadək övladları əyani oxuyarlarsa 23 yaşınadək bu pensiyanı alırlar. 18 yaşı olmazdan əvvəl sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladlarının əlilliyi 18 yaşdan sonra da davam edərsə, onlar da bu pensiyanı almaqda davam edirlər.

Bundan əlavə sığortaolunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının əsasında onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı (əri), anası, atası , həmçinin I və ya II dərəcə əlil olmuş arvadı (əri), anası, atası da istifadə etməklə əmək pensiyası ala bilirlər. Yəni şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir.

Hazırda Azərbaycanda vəfat etmiş ailə başçısının ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqları hesabına pensiya (qısa desək, ailə başçısını itirməyə görə pensiya) alanların sayı 142 min nəfərdir.
 
Pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur və bu ilin əvvəlindən həmin pensiyalar indeksasiya olunaraq 11.4 faiz artırılıb. 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlılar Türkiyədə mənzil alışını azaldıb - RƏQƏMLƏR

Bu il Türkiyədə əcnəbilər tərəfindən alınan mənzillərin sayında kəskin azalma müşahidə edilir.  Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbə...

“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil” – Cavanşir Feyziyev

Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyev mediaya müsahibə verib. ...

Azərbaycanda psixoloq qiymətləri niyə bahadır? - AÇIQLAMA

Psixologiya sahəsi ölkəmizdə son illər praktiki olaraq daha geniş yayılıb. İnsanların əksəriyyəti isə psixoloq qiymətlərinin bahalığından şikayətlənir. &nbs...

13 ümumtəhsil müəssisəsinin tikintisi davam etdirilir

"İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox uşağın təhsil aldığı 2 bağça fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bu barədə Məktəb...

İsveç Baş naziri COP29-a DƏVƏT EDİLDİ

İsveç Baş naziri COP29-a dəvət olunub.   Sfera.az xəbər verir ki, Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov Azərbaycan Prezidentinin noyabr ayı...

MÜTDA direktoru qəbulun elektronlaşdırılmasından DANIŞDI

"Məktəbdənkənar təhsil müəssisələri üçün də qəbulun elektronlaşdırılmasını hədəfləyirik".   Sfera.az xəbər verir ki, bu barədə Məktəbə...