“Pensiya yaşı azaldılmalıdır” – EKSPERT HÖKUMƏTƏ ÇAĞIRIŞ ETDİ

“Pensiya yaşı azaldılmalıdır” – EKSPERT HÖKUMƏTƏ ÇAĞIRIŞ ETDİ
 

"Yeni çağırışlara uyğun olaraq gözlənilən pensiya müddəti üzrə indikatorun dəyişdirilməsinə ehtiyac var”.


Sfera.az-a açıqlamasında bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əməkhaqları, pensiya sahəsində yeni təkliflərin hazırlanması ilə bağlı səsləndirdiyi fikrilə əlaqədar bu istiqamətdə hansı addımların atılmalı olduğuna aydınlıq gətirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:


"Ölkəmizdə minimum əmək haqqı 130-dan 180 manatadək artırılsa da, Azərbaycanda əsas hədəf layiqli əməyin təmin edilməsi məsələsidir. Hədəf ondan ibarətdir ki, minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faiz səviyyəsinə çatdırılmalıdır. İndiki halda isə bu rəqəm 30 faiz ətrafındadır. Minimum pensiya həddində də bənzər situasiya müşahidə edilir. Minimum pensiya həddi 160 manat səviyyəsinə çatdırılıb. O da artırılmalıdır. 2017-ci ildə "Əmək Pensiyaları Haqqında” qanuna edilən dəyişikliklə ölkəmizdə 2021-ci ildən başlayaraq kişilər, 2027-ci ildən sonra isə qadınlar artıq 65 yaşdan sonra pensiya hüququ əldə edəcək. Hazırda Azərbaycanda orta ömür müddəti 71 ildir. İndi pensiya hüququ əldə edənlər də 1955-ci il və daha sonrakı illərdə doğulan şəxslərdir. 1997-ci ildən sonra növbəti 30-40 il ərzində pensiya hüququ əldə edənlər üçün orta gözlənilən ömür müddəti 71 ilə bərabərdir. Yəni 65 yaşında pensiyaya çıxanlar orta hesabla təxminən 6 il pensiya ala biləcək. Amma qanunvericilikdə gözlənilən pensiya müddəti 144 ay, yaxud 12 ildir. Pensiya kapitalında toplanan məbləğin 144-ə bölünməsi nəticəsində çıxan göstərici ilə vətəndaşların bir aylıq pensiya məbləği müəyyən edilir”.

 

Həmsöhbətimizin fikrincə, pensiya müddəti Azərbaycanda mövcud olan orta ömür müddətinə uyğunlaşdırılmalıdır. Bu səbəbdən, R. Həsənov düşünür ki, pensiya yaşının indilikdə 65 yaşa qaldırılması düzgün yanaşma deyil:


"Ona görə də yeni çağırışlara uyğun olaraq gözlənilən pensiya müddəti üzrə indikatorun dəyişdirilməsinə ehtiyac var. Bu rəqəm orta ömür müddətilə uyğunlaşdırılmalıdır. Düşünürəm ki, 65 yaş məsələsinin özü də Azərbaycan üçün müvafiq deyil. Çünki pensiyaya çıxmaq üçün 65 yaş orta ömür həddi 80 yaşdan çox olan ölkələrdə tətbiq olunur. Azərbaycanda isə hazırda 2017-ci ildə doğulan insanlar üçün gözlənilən orta ömür müddəti 75 yaşa bərabərdir. Yəni 60 ildən sonra pensiyaya çıxacaq insanlarımız üçün belə hələlik 80 yaşdan yuxarı orta ömür müddəti proqnozlaşdırılmır. Ona görə 65 yaş məsələsinə yenidən baxılmalı və kişilərlə qadınlar üçün həmin müddət indiki şərtlər daxilində saxlanıla bilər. 63 yaş müvafiq göstəricidir. Həmçinin, yaşayış minimumu, ehtiyac meyarı, minimum əmək haqqı və minimum pensiya səviyyəsinin artırılmasına ehtiyac vardır”.

 

Qeyd edək ki, bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumun digər aidiyyatı qurumlarla birlikdə həm əməkhaqları, həm də pensiya sahəsində yeni təkliflər hazırladıqlarını bəyan edib. Bu təkliflərin nədən ibarət olduğu hələlik bilinmir. Ancaq bununla belə mövzu olduqca aktualdır.

 

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...