“Pensiya yaş həddi aşağı salınmalıdır” – Ekspertdən açıqlama

“Pensiya yaş həddi aşağı salınmalıdır” – Ekspertdən açıqlama
Rusiya Dövlət Dumasındakı "Ədalətli Rusiya” fraksiyası pensiya yaşının qadın və kişilərdə indiki 60-65 yaş səviyyəsindən Sovet dövründə olduğu kimi müvafiq olaraq 55-60 yaşa endirilməsini təklif edib. Fraksiya həmçinin Pensiya Fondunun ləğvi və yalnız büdcədən maliyyələşmənin tərəfdarıdır.

Qeyd edək ki, Azərbaycana qadınlar 63,5 yaşında, kişilər isə 65 yaşda təqaüdə çıxır. Ölkəmizdə də Pensiya Fondu fəaliyyət göstərir.

Sfera.az-a açıqlamasında Rusiyada səslənən sözügedən təklifin Azərbaycanda da reallaşması məsələsinə toxunarkən, İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirib ki,  ölkəmizdə pensiyaya çıxandan sonra vətəndaşın yaşama həddi bir sıra ölkələrlə müqayisədə 3-4 dəfə aşağıdır:

"Azərbaycanda orta yaş həddi bundan sonra hələ 40 il ərzində təxminən 71 yaş həddi ətrafında olacaq.  2027-ci ildə isə qadınlarla kişilərin pensiyaya çıxma yaşı bərabərləşdirilərək, hər  ikisi üçün 65 yaş həddində olacaq.  Bu isə o deməkdir ki, insanlar cəmi 6 il pensiya alacaq. Qanunvericiliyə görə isə orta pensiya dövrü 12 ildir.  Dünya təcrübəsilə müqayisə aparanda da görürük ki, pensiyaya çıxandan sonra azərbaycanlının yaşama həddi bir sıra ölkələrlə müqayisədə 3-4 dəfə aşağıdır.  Yaponiyada vətəndaş  67 yaşda pensiyaya çıxsa da, orada orta ömür 89 ildir.  Bu o deməkdir ki, yapon pensiyaya çıxandan sonra daha 22 il təqaüdü ilə yaşayır.  Eyni müqayisəni Kanada, Almaniya, hətta Baltikyanı ölkələrlə də apara bilərik”.
 
Sadalananlara əsasən  ekspert düşünür ki, Azərbaycanda 2017-ci ildə "Əmək Pensiyaları Haqqında” qanuna edilən dəyişiklik ədalətsizdir:  "Pensiya yaş həddi aşağı salınmalıdır. İndiki halda isə pensiyaçıların sayının ildən-ilə azaldığını müşahidə edirik”.

Pensiya Fondunun ləğvinə gəldikdə, R. Həsənov onun olub-olmamasının ciddi şəkildə nəyisə dəyişməyəcəyi qənaətindədir: "Onsuz da həmin fondun funksiyasının müəyyən hissəsi yəni,  yığım məsələsi Vergilər Nazirliyinə verilib. Dünya təcrübəsində Pensiya Fondları gəlirlərin toplanması və bölüşdürülməsilə yanaşı, vəsaitlərin idarə edilməsi prosesini də həyata keçirir.  Azərbaycanda isə sözügedən fond yalnız ikinci funksiyanı icra edir. Belə olan halda fondun görəcəyi iş sadəcə inzibati işdən ibarət olur. Xidmətlərin elektronlaşdığını, yığımları Vergilər Nazirliyinin həyata keçirdiyini nəzərə alsaq,  ölkəmizdə Pensiya Fondunun mövcud olub-olmaması ciddi şəkildə nəyisə dəyişmir”. 
 
Elçin
 
 
 

OXŞAR XƏBƏRLƏR

Tıxaclara qarşı necə mübarizə aparmalıyıq? – Ekspertdən TƏKLİF

Tıxaclar Bakıda uzun müddətdir davam edən problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün yeni yol qovşaqları, tunellər, körpülər tikilir və yollar...

"Bu hədəf üçün qarşıdakı həftələrdə yeni layihələrimiz olacaq" - Eşqi Bağırov

"4 mindən çox ümumi təhsil müəssisələri fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agent...

Bakıda bu yol 3 gün bağlı olacaq - Sürücülərin NƏZƏRİNƏ!

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.   Sfera.az xəb...

Bu ölkədə 16 yaşında cinsiyyət dəyişdirmək mümkün olacaq 

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi 16-ya endirilib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb. &n...

Azərbaycan bu il ən çox hansı malları ixrac edib? - SİYAHI

Azərbaycanın kənd təsərrüfatı mallarının ixracı bu il yenidən artır. Ötən il aqrar malların ixrac dəyəri azalmışdı. Amma bu ilin birinci rübünün nəticələri göst...

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi BRİFİNQ KEÇİRİR - FOTOLAR

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) brifinqi keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağıro...