Pensiya kapitalınının məbləği yeni qaydada hesablanacaq? - Prezidentin tapşırığı böyük dəyişikliklərdən xəbər verir

Pensiya kapitalınının məbləği yeni qaydada hesablanacaq? - Prezidentin tapşırığı böyük dəyişikliklərdən xəbər verir
"Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir”.

 

Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də əksini tapıb.


Sərəncamda qeyd edilir ki, bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunmalıdır:

 

"Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır”.

 

Qeyd edək ki, ölkəmizdə pensiya və sosial ödənişlərin artımı mütəmadi baş verən prosesdir. Təqaüd alanların sayı və ödənən təqaüd məbləği son illərdə xeyli artıb.

 

2009-cu ildə cəmi 29,1 min nəfər təqaüd alırdısa, 2020-ci ildə bu göstərici 294 minə yüksəlib. 2019-cu ilə qədər təqaüd alanların sayı 62,5 min idi və onlar ayda orta hesabla 143 manat alırdı.

 

Müavinət alanların da dairəsi genişləndirilib. 2012-ci ildə 300 min işləməyən şəxs ayda 44 manat müavinət alırdısa, 2020-ci ildə müavinət alanların sayı 401 minə, aylıq müavinət məbləği isə orta hesabla 118 manata çatıb.

 

Pensiyaların minimum məbləği son 10 ildə təxminən 2,35 dəfə, orta məbləği 2,95 dəfə artıb. 2010-cu ildə pensiyaların minimum məbləği 85 manat, orta məbləği 100 manat idi. Hazırda pensiyaların minimum məbləği 200 manat, orta məbləği 295 manatdır.

 

Yeni hədəflər müavinət və təqaüdlərin artırılması ilə yanaşı ədalətli pensiya sisteminin qurulmasını da tələb edir. Əsas məsələlərdən biri məcburi sosial sığorta ödənişi məbləğinin hamısının şəxsin pensiya kapitalında toplanmasıdır. Mövcud qaydalara əsasən ödənişin 50 faizi kapitala çevrilir. Əgər ödənilən vəsait tam şəkildə hesabda toplanarsa, o halda pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi yaxşılaşacaq.

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...