Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün avqust ayı üzrə bütün pensiyaların ödənişini başa çatdırıb.

Sfera.az  xəbər verir ki, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də avqust ayının pensiyaları ödənilib.

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq, pensiyaçılar istənilən bankın bankomatlarından öz pensiyalarını əldə edə bilərlər. Bu zaman heç bir faiz tutulmayacaq.