Pensiya alanların nəzərinə! - aprel ayından etibarən...

Pensiya alanların nəzərinə! - aprel ayından etibarən...
Ölkəmizdə koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı növbəti addımını atıb. Bu xəstəliyin xüsusilə yaşlı insanların səhhəti üçün doğurduğu təhlükələri nəzərə alaraq Bank pensiyaçıların banka gəlmək ehtiyaclarını aradan qaldırmaq üçün "Böyüklərə hörmətlə” təşəbbüsünü elan edib.

Sfera.az bildirir ki, bu təşəbbüs çərçivəsində, ilk növbədə, müddəti mart ayında başa çatan bütün pensiya kartlarından istifadə vaxtı apreldən etibarən daha 3 ay uzadılır. Bununla da pensiya kartının müddəti tamamlanmış yaşlıların kartlarını yeniləməkdən ötrü banka gəlmələrinə daha ehtiyac qalmır. Kart sahibləri yalnız Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən istifadə etmək şərtilə növbəti üç ay ərzində pensiyalarını bu kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları nağdsız ödənişlər üçün də keçərlidir. Bu kartlar vasitəsilə Azərbaycan Beynəlxalq Bankının POS terminallarında məhsul və xidmətlərin dəyərini nağdsız ödəmək olar.
"Böyüklərə hörmətlə” təşəbbüsünün məramına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı pensiyaya yenicə çıxmış, amma pensiya kartını hələ bankdan götürməmiş şəxslərə kartların evlərində çatdırılması, eyni zamanda ucqar yaşayış məntəqələrində yaşayan pensiyaçılar üçün səyyar ATM-lərin göndərilməsi istiqamətində də tədbirlər hazırlayır. Bu barədə əlavə məlumat veriləcək.
Azərbaycan Beynəlxalq Bankı bütün müştəriləri kimi pensiya kartı sahiblərinə də ödənişlərini mümkün qədər nağdsız aparmağı tövsiyə edir. Bu zaman onlar həm bankın yaratdığı kəşbək imkanlarından faydalanacaq, həm də dövriyyə zamanı əldən-ələ keçərək infeksiyanın yayılmasına şərait yaradan kağız pulların sağlamlıq üçün yaratdığı risklərdən qorunmuş olacaqlar.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...