Pelenin oğlu atasının səhhətindən danışdı: \"O, futbolun kralı idi, indi isə...\"

Pelenin oğlu atasının səhhətindən danışdı: \

"Ombasından əməliyyat olunduğu üçün çox həssasdır. Yalnız tibbi yerimə stulunun köməyi ilə hərəkət edir. Bu isə onu depressiyaya salır”.

"Haber Global”ın məlumatına görə, bu sözləri braziliyalı futbol əfsanəsi Pelenin "Edinyo” ləqəbli oğlu Edson Çolbi do Nasimento atasının səhhəti barədə danışarkən deyib.

 

"O, futbolun kralı idi. İndi isə kömək olmadan yeriyə bilmir. Utanır, görünmək istəmir”.

Xatırladaq ki, futbol əfsanəsi böyrəklərində və prostat vəzindəki problemlərlə bağlı son illərdə bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Futbol tarixinin ən yaxşısı kimi qəbul edilən Pele dünya kubokunu üç dəfə qazanan yeganə futbolçudur. (oxu.az)


OXŞAR XƏBƏRLƏR