Pekres Laçın dəhlizindən necə keçib? - Qarabağa qanunsuz səfər edən Fransa prezidentliyinə namizədlə bağlı şok faktlar

Pekres Laçın dəhlizindən necə keçib? - Qarabağa qanunsuz səfər edən Fransa prezidentliyinə namizədlə bağlı şok faktlar
Xankəndinə qanunsuz səfəri ilə Azərbaycan ictimaiyyətinə adını mənfi mənada tanıtdırmağı bacaran Fransa prezidenliyinə namizəd Valeri Pekreslə bağlı maraqlı detallar üzə çıxıb.

Sfera.az bildirir ki, Bizim.Media-nın araşdırması nəticəsində, hələ Pekresin qanunsuz səfəri dönəmindən ağıllarda qalan bəzi suallara cavab tapmaq mümkün olub.

Həmin dönəmdən yadda qalan əsas suallar isə, yəqin ki, bunlar idi:

1. Valeri Pekresə Rusiya sülhmərmalıları tərəfindən heç bir maneə törədilməməsinə səbəb nə idi?

2. Niyə digər prezidentliyə namizəd, eyni zamanda erməni lobbisinin Pekresdən daha çox dəstəklədiyi Erik Zemmurun Xankəndi ziyarəti mümkün olmadı?

3. Nəyə görə Valeri Pekres Kremlin Fransa prezidenti postunda görmək istədiyi namizəddir?

Sualların cavabına gəlincə...

Araşdırmalarımız nəticəsində, Fransa prezidentliyinə namizdin gənc yaşlarından, hələ SSRİ dönəmindən Rusiya ilə bağlarının olmasını müəyyən etdik. Belə ki, Fransa mənbələrində, Pekresin hələ 15 yaşında ikən, 1982-ci ildə rus dilini öyrənmək üçün Yaltaya səfər etdiyi qeyd olunub. Bundan əlavə, Pekresin ailəsinin də Moskva ilə bağları olduğu Fransa mətbuatında öz əksini tapıb.

Təbii ki, Soyuq Müharibədə tempraturun ən aşağı olduğu vaxtlarda fransalı yeniyetmənin rus dili kurslarına qatılmaq üçün SSRİ-yə səfər etməsi heç bir şübhə olmadan qarşılana bilməz.

Digər mühüm nüans isə, Pekresin "rus dili”nə olan sevdasının sonrakı dönəmlərdə də davam etməsidir.

Belə ki, 1990-cı ilə aid olan SSRİ sürücülük vəsiqəsində gənc Pekresin adına rast gəldik. Vəsiqədə Valerinin yaşayış yeri kimi Moskva şəhəri göstərilib. Görünür ki, Pekresin Rusiyaya qarşı sevgisi heç də qarşılıqsız olmayıb ki, Kreml kapitalist fransızın öz ərazilərində nəinki avtomobil idarə etməsinə, eyni zamanda vertolyot səfərlərinə də imkan yaradıb.

Bu faktlar yazının əvvəlində qeyd etdiyimiz suallara müəyyən dərəcədə də olsa cavab tapmağa imkan verir.

Görünür, Moskva Fransa siyasətində mühüm aktorlardan hesab olunan erməni diasporunun dəstəyi hesabına namizədinin seçkilərdə əlini gücləndirmək üçün Xankəndinin qapılarını Perkesə açıb. 

Sadalanan səbəblərə görə, bəzi siyasi ekspertlər Fransa prezidentliyinin kimliyinə aydınlıq gətirəcək aprel seçkilərində Pekresin qələbə qazanacağı təqdirdə, bunun Rusiya xarici siyasətinin SSRİ-nin dağılmasından sonrakı ən böyük zəfəri olacağını qeyd edirlər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziyalara verdiyi müsahibəsində Pekresin Xankəndinə qanunsuz səfəri ilə bağlı da fikirlərini bölüşmüşdü. İlham Əliyev Pekresin bu addımının Makrona qarşı yönəldiyini bildirərək, bunun səbəblərini də detallı şəkildə izah etmişdi.

İlham Əliyevin səsləndirdiyi fikirlərə, araşdırmalarımızdan doğan nəticələrdən sonra bir daha nəzər saldıqda isə, ölkə başçısının sözlərinin nə qədər dəqiq olduğu bir daha üzə çıxıb.

Necə deyərlər, görünən dağa bələdçi lazım deyil. Pekresin İlham Əliyevin onun haqqında səsləndirdiyi fikirlərə xüsusi canfəşanlıqla yanaşması da bir çox mətləbləri agah edir. Yəni hazırda Fransa prezidentliyinə namizəd kimi qeydə alınmış bir şəxsin Xankəndidə zühur eməsi o qədər də adi məsələ hesab oluna bilməz. Hər işin bir əvəzi olmalıdır axı...

OXŞAR XƏBƏRLƏR

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...