Pekin Qazaxıstanı blokadaya salıb – Politoloq gərginliyin detallarını açıqladı
11:57 / 15.10.2021
906
"Çin
sentyabr ayının ortalarından başlayaraq Qazaxıstanla sərhəddən malların
keçidini məhdudlaşdırıb. Sərhəddə Qazaxıstana aid 4 mindən çox konteyner ilişib
qalıb. Pekin niyə sərhədi Qazaxıstan malları üçün bağlayıb, məqsədi nədir? Qazaxıstan
ekspertlərinin fikrincə, Çin Qazaxıstan bazarına hakim olmaq istəyir”.
Sfera.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun
sözlərinə görə, Pekinin Qazaxıstana siyasi tələbləri də var:
"Qazaxıstanın
siyasi dairələrində və cəmiyyətində Çində yaşayan uyğurlara sipmatiya var. Bu təbiidir,
söhbət iki qohum xalqdan gedir. Bu hal Pekinin xoşuna gəlmir. Halbuki
Qazaxıstan Çinin daxili işlərinə qarışmır. Pekin Qazaxıstanda uyğurlarla bağlı
keçirilən piketlərin qarşısının alınmasını tələb edir. Qazaxıstan bu tələbləri
yerinə yetirmədiyinə görə də ona qarşı iqtisadi sanksiyalar tətbiq edilir.
Maraqlıdır
ki, Çindən Avropaya, Avropadan Çinə gedən mallar və vaqonlar sərhəddə
saxlanılmır. Çin sərhədçiləri və gömrük xidməti ancaq Qazaxıstana məxsus
malların keçidinə maneə yaradırlar. Bu Qazaxıstan iqtisadiyyatında ciddi fəsadlara
yol açıb. Birincisi,
məhsulları sərhəddə ilişən qazaxıstanlı biznesmenlərin itkiləri artır. İkincisi,
məhsulların sərhəddə ilişməsi istər-istəməz Qazaxıstanda qiymətlərin artımına səbəb
olur. Bu arada, Çinin Qazaxıstana yatırımlarının həcmi də azalır”.
E.
Şahinoğlu qeyd edib ki, Çin və Qazaxıstan hər ikisi Şanxay Əməkdaşlıq Təşkilatının
üzvüdürlər:
Politoloq
hesab edir ki, indi isə Pekin faktiki Nursultana ultimatum elan edib:
"Əgər
əməkdaşlıq etmək istəyirənsə mənim istək və tələblərimi qəbul edəcəksən”.
Nursultan hələ ki, müqavimət göstərir. Çinin bir başqa tələbi Qazaxıstanın
torpaq sahələrini kirayə götürməkdir. Bu istək qazaxıstanlıların narazılığına səbəb
olub və zaman-zaman toqquşmalar qeydə alınıb.
Qazaxıstanın iki yolu var: Ya Pekinin istəklərinə baş əymək, ya da iqtisadiyyatı şaxələndirərək Çindən asılılığını azaltmaq. Birinci yol Qazaxıstanın müstəqlliyinin azalmasına, ikinci yol Mərkəzi Asiyanın əsas dövləti kimi məhrumiyyətlərdən keçərək güclənməsinə aparacaq”.
Turan
Rzayev