Paytaxtın 548 küçəsi dezinfeksiya edildi - FOTO

Paytaxtın 548 küçəsi dezinfeksiya edildi - FOTO
 Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə  kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 9-cu dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 548 küçədə dezinfeksiya işləri görülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, əgər gücləndirilmiş dezinfeksiya işlərinin ilk vaxtlarinda orta hesabla gün ərzində 250 küçə dezinfeksiya edilirdisə, artıq kommunal xidmətlərin işinin təkmilləşməsi və Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində bu rəqəm 2 qat artıb.

Qeyd edək ki, Avropanın iri dövlətlərinin heç birində böyük vəsait tələb edən belə genişmiqyaslı tədbirlər sistematik görülmür. Ölkəmizdə bu işlərin həyata keçirilməsi dövlət başçısınin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsində mümkün olub.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq  davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi BAŞA ÇATDI -YENİLƏNDİ

Əməkdar artıst Cavanşir Məmmədovla vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, mərasim mərhumun yaşadığı evdə baş tutub.   Vida m...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...