Paytaxtda peydə olan saxta məmurlar - VİDEO - FOTO

Paytaxtda peydə olan saxta məmurlar - VİDEO - FOTO
Paytaxtda özünü Azəriqaz İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edərək, insanları aldadan şəxslər peyda olub. Onlar mənzillərdə quraşdırılmış smart-kart tipli qaz sayğaclarının üzərinə vurulmuş plombun yenilənməsi, batareyasının dəyişdirilməsi və ya smart-kartların vaxtının keçməsi kimi məsələləri bildirərək, həmin problemlərin aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edirlər.

 ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

İbrahim Kərbalayev - Azəriqaz İb-in Mətbuat Katibi: "Hətta bu məsələlərin inandırıcı olması üçün kağız üzərində akt tərtib edərək, vətəndaşlara təqdim edirlər. Həmin akt formaları hər hansı bir kağız üzərində deyil, xüsusi blankda xüsusi nömrəli aktlar vasitəsilə tərtib olunur".

Son zamanlar dövlət qurumlarının adından belə sui-istifadə edənlərin sayı artıb. Bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxslərlə bağlı cinayət işi açıldı. Daha sonra Bakı və Bakıətrafı ərazilərdə əhaliyə verilən içməli suyun insan orqanizminə zərərli olması ilə bağlı şayiələr yayan və vətəndaşlara baha qiymətə su filtrləri satanlar peyda oldu. "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, həmin şəxslər insanları aldatmaqla məşğuldur. Bəs bu şəxs və ya şəxslər kimlərdir.

Elmar Nurəliyev - Ekspert: "Bu işi internet üzərindən maraqlanırlar. Su filtrləridir, müəyyən qaz sayğacları ilə baglı xidmətlərdir. İnsanlar o xidmətlə maraqlanır, həmin fırıldaqçılar da bunları özlərinə hədəf seçirlər. Onların ordan əlaqə vasitəsini götürürlər, onlara yazıb ünvanını tapırlar ki, sizə bu xidməti təklif edirik. Bilir ki, bu insan bunu axtarır".

Vüqar Səfərli - Vəkil: "Əgər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilirsə, xeyli miqdarda ziyan vurmaqla törədilirsə, şəxsin qulluq mövqeyindən sui-istifadə etməsi ilə törədilirsə, Cinayət Məcəlləsinin 175-ci maddəsinin ağırlaşdırıcı halı kimi 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər".

Ekspertlər sadalanan qeyri-qanuni hallarla rastlaşan vətəndaşları yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməyə çağırır.

Paytaxtda peydə olan saxta məmurlar

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...