Paytaxt məktəblərində vakant yerlərin sayı niyə azdır?

Paytaxt məktəblərində vakant yerlərin sayı niyə azdır?
 "İl ərzində paytaxtda hər bir fənn üzrə cəmi 1 və ya 2 vakant yer açılır. Bu da Bakıda demoqrafiyanın çox olması ilə əlaqədardır”.

Sfera.az xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu müəllimlərin işə qəbulu imtahanları ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, vakant yerlər daha çox ucqar ərazilərdəki məktəblərdə qalır: "Çünki bir çox namizəd imtahanda iştirak edir, ancaq müəyyən səbəblərdən işləmək istəmirlər. Buradan müəllim olmaq istəyən namizədlərə səslənirəm ki, doğurdan da ürəkdən müəllimlik peşəsinə yiyələnmək istəyənlər düşdüyü yerdən asılı olmayaraq işləsələr yaxşı olar”.

Nazirlik rəsmisi bildirib ki, insanları qıcıqlandıran daha çox iş yerinin olması tələbidir: "Bu isə mümkün deyil. Biz vakant yerlər üzrə işləyirik. Bu günə qədər məktəblərdə həddindən artıq müəllim olduğundan optimallaşdırma, onların hamısının normal əməkhaqqı alması üçün minimum 18 saatlıq stavkaya malik olmalıdırlar. Əgər hansısa müəllim pensiyaya gedir və ya hər hansı səbəbdən işdən çıxırsa, başqaları üçün vakant görünə bilər. Əslində isə normal əməkhaqqı almaları üçün müəllimin iş saatları digərləri arasında bölünür. Bunlar da nəzərə alınmalıdır”.

"Bu gün rayonlarda, dağ kəndlərinin məktəblərində vakant yerlər olsa da, namizədlərin əksəriyyəti ora işləmək üçün getmirlər. Bu gün əksəriyyət yaşadığı yerdə işləmək istəyir. Bu gün dövlət universitetlərijə tələbə qəbul edilərkən bu yerlər nəzərə alınır. Bakıda əhalinin sıx yaşadığı yerlərdə isə vakant yerlər məhduddur", - V.Yaqublu qeyd edib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Tələbələrin nəzərinə: QEYDİYYAT BAŞA ÇATIR

Sentyabrın 23-də abituriyentlərin qəbul olunduqları ali təhsil müəssisələri üzrə qeydiyyat prosesi yekunlaşır. Təhsil Nazirliyindən Sfera.az-a verilən məl...

Məktəblərdə yoluxmanın artmaması üçün... - İnfeksionist

Məktəblərdə yoluxmaların artmaması üçün ciddi nəzarət həyata keçirilməlidir. Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar E...

Distant təhsil tələbi LƏĞV EDİLDİ

Azərbaycanda distant təhsil tələbi ləğv olunub və əyani təhsilə keçid müəyən edilib. Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin re...

Azad olunan ərazilərdə xidmət edənlərin övladları harada təhsil alacaq? - RƏSMİ

"Xidməti fəaliyyəti ilə bağlı işğaldan azad edilən ərazilərdə yaşayan şəxslərin övladları hazırda əvvəl oxuduqları təhsil müəssisələrində təhsillərini davam etd...

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycan elminə ağır itki üz verib. Sfera.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Müasir geod...

Bilik Günündə məktəblərdə gördüklərimiz - FOTOREPORTAJ

Bu gündən etibarən ölkə üzrə ibtidai siniflər üçün yeni tədris ili ənənəvi formada davam edəcək. Yəni bu gün bütün dövlət məktəblərinə Bilik Günü qeyd olun...