Payızda hansı əməliyyatları etdirmək məsləhətdir? - SİYAHI

Payızda hansı əməliyyatları etdirmək məsləhətdir? - SİYAHI

Payız mövsümü bir sıra əməliyyat növləri, eləcə də əməliyyat olunmalı olsa da müxtəlif səbəblərdən bunu təxirə salanlar üçün fürsətdir.

Hansı xəstəliklərin cərrahi həlli üçün payızda müraciət edə bilərsiz

Sfera.az medicina.az-a istinadən bildirir ki, hazırda bir çox əməliyyatlar endoskopik və azinvaziv metodludur. Bu da kəsiksiz, bəzən qansız olub, bərpası da sürətli olur. İndi xəstəxanadakı günlər də çox azdır.

Təcili olmayan, planlı və çoxdandır etdirməyi düşündüyünüz bu əməliyyatları sərin payızda etdirə bilərsiz.

1.Travma, zədə sonrası əməliyyat, dayaq-hərəkət, sümük, toxuma əməliyyatları

Sümüklərində, ayaqlarında, toxumalarında, onurğasında, oynaqlarında travma, iltihab və digər xroniki xəstəliklər səbəbindən bir çox travmatoloji  əməliyyatlar. 

Diz, bud, çiyin, daban əməliyyatları, endoprotezlənmə. Bu əməliyyat da endoskopik həyata keçirilir.

Stasionarda yatış cəmi 2 gündür. 

Eləcə də ətə batmış dırnaq, daban şporu, yastıayaqlılıq da bu aylarda oluna bilər, çünki ayaqyalın və nazik ayaqqabı ilə gəzmirsiz. 
Eləcə də kifoz, skolioz, onurğa yırtığı əməliyyatları sərin havalarda olunsa yaxşıdır, çünki xəstə bir müddət uzanmalıdır, korset taxmalıdır, bu da yayda diskomfort yaradır. Bu problemlər artıq invaziv, endoskopik, lazer cərrahiyyəsi, vertebroplastika metodları ilə kəsiksiz həll olunur.

2.Diafraqmal yırtıq, qastroezofagit reflüks 

Bu kimi yırtıqlardan yeganə xilas yolu da cərrahidir. İnvaziv metodla endoskopik aparılır. Bu əməliyyatlardan sonra qaçmaq, ağırlıq qaldırmaq, idman olmaz. Ona görə bu əməliyyatları da payızda etmək məsləhətdir.

3.Damarlarda fleboloji əməliyyatlar

 

Bu əməliyyatlar üçün payız ən optimal vaxtdır. Varikoz, tromboflebit, ulduz damarlar, şişkinlik, xora kimi əməliyyatlar azinvaziv metodla, radiotezlikli ablasiya, lazer koaqulyasiyası kimi müasir metodlarla həll olunur. Bu əməliyyatdan sonra xüsusi corab və elastik bintlər sarınır ki, bu da isti aylarda çətinlik törədir. Ona görə sərin aylarda fürsəti qaçırmayın. Bu əməliyyatlarınız daha rahat keçəcək.

4.Plastik əməliyyatlar

Rinoplastika, mammoplastika, blefaroplastika, adbominoplastika kimi əsas estetik əməliyyatlar yayda sarğı, bint altında xəstəyə diskofort yaradır. Burnunu kəsdirənlər onsuz da yaxşı nəfəs almır, bir tərəfdən isti hava ağız burnunu qurudur. 

Sinədə, bədəndə aparılan əməliyyatlarda daxili kəsik və çapıqların tam sağalması üçün vaxt lazımdır. Reabilitasiya dövründə üzdə, göz altında, bədəndə şişkinlik, göyərmə olur. Ona  görə yeni ilə kimi tam bərpa olmaq üçün zamanınız olacaq, həm də isti yaylarda insanlardan, cəmiyyətdən uzaq durub gizlənməyəcəksiz.

Eləcə də dəridə xal, törəmə, piqment ləkə kimi qüsurların da aradan qaldırılması üçün payızı qaçırmayın.

5.Kosmetoloji prosedurlar

Pilinqlər, dermobraziya, dərinin üst təbəqəsinin soyulması, ləkələrə qarşı müalicə, botoks və iynə terapiyası, gellə korreksiya üçün də sərin payız ayı seçilməlidir ki, prosedurların effekti olsun və dəri günəşdə zədələnməsin.

Bütün bu qaydalar planlı əməliyyatlara aiddir. Təbii ki, təcili hallarda təxirəsalınmaz tədbir kimi cərrah istənilən fəsildə və saatda sizin qərarı gözləmədən əməliyyatı edə bilər.


OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...