Passiv siqaret çəkmək ağciyər xərçəngi riskini artırır

Passiv siqaret çəkmək ağciyər xərçəngi riskini artırır
Ağciyər xərçəngini yaradan ən böyük səbəblərindən biri siqaretdir. Araşdırmalar göstərir ki, sadəcə siqaret çəkənlər yox, həm də siqaret tüstüsünə məruz qalan şəxslər də ağciyər xərçəngi riski ilə üzləşir.
 
Sfera.az xəbər verir ki, Türkiyəli həkim Cem Gündoğdu passiv siqaret tüstüsünün xərçəng riskini 20-30 faiz artırdığını bildirib.
 
Həkim deyib ki, ağciyər xərçəngləri kiçik hüceyrəli ağciyər xərçəngi və kiçik hüceyrəli olmayan ağciyər xərçəngi qrupuna bölünür. Gündoğdu söyləyib ki, bu növlərdən birində siqaretin təsiri güclüdür: "Kiçik hüceyrəli ağciyər xərçəngi ağciyər xərçənglərinin 10-15 faizini təşkil edir. Ağciyər xərçənginin ən sürətlə böyüyən və ən sürətlə yayılan növü budur. Siqaretlə çox yaxından əlaqəlidir. Bu şişlərin yalnız 1 faizi siqaret çəkməyənlərdə olur.

Çəkilən siqaretlərin sayı, çəkmə müddəti, erkən başlama yaşı, dərin tüstünün miqdarı və qatran miqdarının xərçəngə tutulma riskini artırır. Buna görə də siqaretdən imtina zamanla xərçəng riskini azaldır.
 
Siqaret çəkənlərlə bərabər onun tüstüsünə məruz qalanlar da ağciyər xərçəngi riski ilə üz-üzə qalırlar. Passiv siqaret çəkmə ürək xəstəlikləri və digər xəstəliklərə səbəb ola bilər, həmçinin ağciyər xərçəngi riskini artırır. Evdə və ya işdə tütünə passiv məruz qalan insanlarda ağciyər xərçənginə tutulma riski 20-30 faiz artır."

Gündoğdu siqareti buraxdıqda ağciyər xərçənginə tutulma ehtimalının zamanla azaldığını və siqareti buraxdıqdan 10-20 il sonra heç siqaret çəkməyənlərin səviyyəsinə yaxınlaşdığını bildirdi.
 
Vasif
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

3D çaplı peyvənd hazırlanıb - "Daha çox qoruyacaq..."

ABŞ-da Stenford və Şimali Karolina Universitetinin alimləri iynələrə ehtiyacı aradan qaldıran 3D çaplı peyvənd hazırlayıblar. Sfera.az xəbər verir ki, &...

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda daha 35926 nəfər peyvənd olunub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildiril...

COVID-19-a yoluxma sayı artdı – GÜNLÜK STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 530 yeni yoluxma faktı qeydə alınıb, 1 864 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabi...

COVİD-19 peyvəndi qripdən də qoruyurmu? - Açıqlama

Mövsümlə əlaqədar olaraq koronavirus peyvəndi ilə yanaşı qripə qarşı peyvəndləmə də aktuallaşır. Koronavirusa qarşı peyvəndləmənin aparılmasını nəzərə ...

“Omikron” koronavirusun son nəfəsidir? – Alimlər “öldürməyən ştamm”la bağlı ilginc açıqlamalar verdi

Yeni "Omikron” ştammı ilə bağlı bütün dünya alimlərindən nikbin bəyanatlar gəlir.   Sfera.az xəbər verir ki, bəzi ekspertlər "Omikron”un COVID-19-u...

Bu universitetin 64 tələbəsi KORONAVİRUSA YOLUXUB

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində indiyədək 64 tələbə koronavirusa yoluxub. Sfera.az xəbər verir ki, hazırda 28 qrup təhsilini distant şəki...