Paşinyanın yeni problemi: Qaqik Tsarukyan gənclərlə görüşdə Qarabağ məsələsinə niyə toxunmadı?

Paşinyanın yeni problemi: Qaqik Tsarukyan gənclərlə görüşdə Qarabağ məsələsinə niyə toxunmadı?
"Qaqik Tsarukyan Nikol Paşinyanın növbədənkənar parlament seçkilərini keçirmək haqqında təklifini qəbul edən müxalifət nümayəndəsi hesab olunur. Onunla birlikdə Ziyalı Ermənistan Partiyasının başçısı Edmon Marukyanın seçkilərə getməsi ilə Ermənistan müxalifətinin cərgələrində parçalanma baş verdi və Paşinyan bu vəziyyətdən uğurla istifadə edə bildi”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, Paşinyanla bu iki müxalifət partiyası arasında hansı səviyyədə sövdələşmənin mövcud olması haqqında ətraflı məlumat verilməsə də, seçkiqabağı kampaniya zamanı özlərini "sakit” apardıqları təqdirdə onların gələcək parlamentdə təmsil olunacaqları gözlənilir:

"Bu, həm də Paşinyan üçün əlverişlidir ki, müxalifətin iştirakı ilə hakimiyyət formalaşdıracaq. Amma heç bir halda Tsarukyana əlində olan maliyyə resurslarından istifadə edərək Paşinyanın millətə verdiyi vədləri  üstələyən sözlərlə  seçkiqabağı kampaniya aparmağa imkan verilə bilməz.
İş adamı isə hələ də vədlər verməkdə davam edir. Onun  hesablamalarına görə, hazırda Ermənistanda 2.2 milyon insanın krediti var . O vəd verir ki, növbədənkənar parlament seçkisi nəticəsində hakimiyyətə gələrsə, 2 milyon adamı 3 milyon dram ( 6 min dollara yaxın ) kredit ödəməkdən azad edəcək. Onun partiyası seçkiqabağı proqramda bu barədə müvafiq bənd salıb. Gənclərlə görüşdüyü üçün tələbələrin təhsil haqqı problemlərinə toxunub”.

Politoloq qeyd edib ki, iş adamı hakimiyyətə gələrsə, bu sahədə də inkişaf etmiş ölkələrdə mövcud olan metodlardan istifadə edəcəyinə söz verib:

"Onun təklifinə əsasən, dövlət tələbənin təhsil haqqını ödəyir, tələbə isə universiteti bitirdikdən 5 il sonra təhsil haqqı üzrə olan borcu dövlətə qaytarmağa başlayır. Tsarukyanın bu formada kampaniya aparmasının  Paşinyan üçün müəyyən problemlər yaratması şübhəsizdir. Onun verdiyi bu vədlər qarşısında baş nazir vəzifələrinin icraçısı ya daha da şirnikləndirici vədlər verməli, sonra da onu yerinə yetirməli, ya da Tsarukyanın vədlərinin indiki Ermənistan şəraitində həyata keçirməyin mümkün olmadığını deyib onu gözdən salmalıdır. Hər iki halda xoşagəlməz vəziyyətdir. 

Amma  burada da çıxış yolu var. O da Tsarukyana seçicilərlə söhbət zamanı həddini çox aşmamağı tapşırmaqdır. İş adamının növbəti görüşlərində hansı qaydalara riayət edəcəyini hiss edəcəyik. Tsarukyanın gənclərlə görüşü zamanı diqqəti çəkən məqam onun Qarabağ məsələsi ətrafında söhbət aparmaması olub. Deməli, Qarabağ bu günkü erməni gəncləri üçün prioritet deyil və qarşıdan gələn növbədənkənar parlament seçkilərinin əsas şüarı olmayacaq”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...

Bayden qanunu imzalayacaq, lakin "TikTok" ABŞ-də qadağan olunmaya bilər - SƏBƏB

Xəbər verdiyimiz ki, Co Bayden bu gün ABŞ-də “TikTok”un qadağan olunması ilə bağlı qanun layihəsi imzalayacaq.   Sfera.az bildirir k...

"Yuventus" 22-ci FİNALDA - Növbəti görüşün tarixi BƏLLİ OLDU

Dünən, aprelin 23-də “Yuventus” İtaliya kubokunun yarımfinal cavab oyununda “Latsio”ya 1:2 hesabı ilə uduzsa da, ümumi hesabda daha da i...

Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ 

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. &nb...