Paşinyanın yeni məqsədləri... - KTMT-nin iclasında hansı qərarlar veriləcək?

Paşinyanın yeni məqsədləri... - KTMT-nin iclasında hansı qərarlar veriləcək?
"Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstanın başçısı Qasım-Comərt Tokayev KTMT üzvlərinə hərbi strukturların və dövlət əhəmiyyətli başqa obyektlərin mühafizəsində iştirak etmək üçün Qazaxıstana öz hərbçilərini göndərdiklərinə görə təşəkkür edəcək”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu gün keçirilməsi planlaşdırılan fövqəladə toplantısından danışarkən deyib. 

Müsahibimiz qeyd edib ki, müzakirələrdə Qazaxıstanda baş verən hadisələrlə bağlı KTMT-nin bundan sonra atacağı addımlar müəyyənləşdiriləcək. Onun sözlərinə görə, eyni zamanda iğtişaş baş verən şəhərlərdə humanitar vəziyyətin stabilləşməsi istiqamətində tədbirlər görüləcəyi də proqnozlaşdırılır.
Politoloq, həmçinin Ermənistanın KTMT üzvləri ilə birlikdə öz sülhməramlılarını Qazaxıstana göndərməsini dəyərləndirib. "Paşinyanın bu addımı Ermənistanı Qərbdən uzaqlaşdırıb Rusiya ilə yaxınlaşdıra bilərmi?” sualını Ə.İbrahimov bu cür cavablandırıb:

"Paşinyanın bu addımı ona müxalif olan qüvvələr tərəfindən də ciddi müzakirə mövzusudur. Orada Nikolun bu hərəkətini yenə də erməni xalqına xəyanət kimi qiymətləndirirlər. Onlar düşünürlər ki, son iki ildə Ermənistanın bir neçə dəfə ciddi təhlükələrlə üz-üzə qalmasına baxmayaraq, KTMT öz sülhməramlılarını göndərmədi. Belə olan halda, Ermənistan da öz kontingentini Qazaxıstana göndərməli deyildi. Digər bir qup iddia edir ki, Ermənistan Baş nazirinin bu addımı onun Avropa və Amerikaya olan ümidlərinin boşa çıxmasının nəticəsidir və bu, Ermənistanı Avroatlantik məkandan daha da uzaqlaşır”.

Ekspert əlavə edib ki, Paşinyan təşkilatın digər üzvləri ilə birlikdə sülhməramlı qüvvələrini Qazaxıstana göndərməsəydi, bu, onun tərəfindən KTMT və Rusiyaya qarşı çox ciddi xəyanət hesab olunardı:

"Bununla Paşinyan öz siyasi ölüm hökmünə imza atardı. Digər məsələlərlə yanaşı, Paşinyanın Qazaxıstana əsgər göndərməklə Rusiyanın imicinə xidmət etməsi  və gələcəkdə Ermənistanda baş verə biləcək oxşar iğtişaş və qiyamlardan özünü  sığortalanmaq məqsədi güdməsi daha ağlabatandır. O, yaxşı bilir ki, nə Avropa, nə də Amerika ölkə daxilində baş verə biləcək iğtişaşlara müdaxilə edib onu azğın kütlənin əlindən qurtaracaq.  Amma Rusiya və KTMT buna qadirdir və Paşinyanın Qazaxıstanda oynadığı rol layiqincə qiymətləndiriləcək”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda boş deputat yerlərinə təkrar seçkilər üçün hazırlıq gedir - Məzahir Pənahov AÇIQLADI

"Seçki Məcəlləsinə əsasən, Dairə Seçki Komissiyaları 5 ildən bir yenidən formalaşdırılır. Artıq bu proseslər başa çatıb". Sfera.az xəbər verir ki, bunu Mə...

Prezident Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışını etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. ...

Prezident qanunu təsdiqlədi

Prezident İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Sfera.az xəbər verir ki, dəyişikliklə yüksə...

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü Azərbaycana nə vəd edir? - "Zəngəzur dəhlizi ilə bağlı şərt qoyulacaq"

"Azərbaycanın 44 günlük müharibədə zəfər çalması regionda yeni reallıqlar yaratdı. Göründüyü kimi, Ermənistan da müəyyən dərəcədə bu reallıqları dərk edir, həm ...

Putinlə Paşinyan Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Sfera.az  "RİA Novosti”yə istinadən xəbər v...

Azərbaycan Ordusu Qırmızı Bazarda atəş açmayıb - RƏSMİ

"Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçi...