Sİyasət

“Paşinyanın tarixi bilikləri yoxdur...” – Deputatdan erməni baş nazirə cavab

“Paşinyanın tarixi bilikləri yoxdur...” – Deputatdan erməni baş nazirə cavab

"Faşist Njde ilə dövlət xadimi olmuş Məhəmməd Əmin Rəsulzadə arasında belə uğursuz paralelik aparması bir daha nümayiş etdirdi ki, Nikol Paşinyanın tarixi bilikləri və siyasi səriştəsi yoxdur”.


Sfera.az-a açıqlamasında bu sözləri Ermənistan baş naziri Nikol Paşinyanın həyasızcasına faşist Almaniyasına xidmət etmiş Qaragen Njde ilə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə arasında paralellik aparmasına münasibət bildirərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Millət vəkili bildirdi ki, Paşinyanın bu sayıqlamaları onu dünya miqyasında gülünc obyektinə çevirir:

 

"İki ildir hakimiyyətdə olan Nikol Paşinyan öz-özünü təkzib edən siyasətçi imicinə malikdir. Davranışı, absurd bəyanatları ilə bunu yaradan da özüdür. Belə olan vəziyyətdə onun bu sayaq bəyanatları tək daxildə deyil, ölkə xaricində də təəccüb doğurur. Onu təəccüb və gülünc obyektinə çevirən növbəti bəyanatı isə Məhəmməd Əmin Rəsulzadəni faşistlərlə əməkdaşlıqda ittiham etməsilə bağlıdır. O çalışır ki, SS-in üzvü olmuş, Hitlet faşizminə xidmət etmiş Qaragen Njde ilə Məhəmməd Əmin Rəsulzadə arasında paralelik aparsın. M.Ə. Rəsulzadə mülki şəxs, siyasi xadim idi. Onun Azərbaycan legionunun formalaşdırılması və bu prosesdə hərbçi olaraq iştirak etməsi kimi məsələlərə heç bir aydiyyatı olmayıb. Rəsulzadə heç bir halda İkinci Dünya Müharibəsində faşizmə dəstəkanlamında addım atmayıb, heç bir azərbaycanlının sovet rejiminə qarşı döyüşə hazırlanması prosesində iştirak etməyib. Njdedən fərqli olaraq, Rəsulzadənin faşistlərlə əməkdaşlığına dair heç bir sənəd və dəlil yoxdur”.

 

E. Nəsirovun fikrincə Paşinyan M.Ə. Rəsulzadənin əleyhinə danışırsa, bu bir daha onu göstərir ki, Məhəmməd Əmin Rəsulzadə böyük və nəhəng şəxsiyyətdir: "Sübuta ehtiyacı olmayan bir aksiomadır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında M.Ə Rəsulzadə misilsiz xidmətlər göstərmiş şəxslərdən biridir. Ona görə də faşist Njde ilə dövlət xadimi olmuş M.Ə. Rəsulzadə arasında belə uğursuz paralelik aparması bir daha nümayiş etdirdi ki, Nikol Paşinyanın tarixi bilikləri və siyasi səriştəsi yoxdur. Bu reallığı Prezident İlham Əliyev təhlükəsizlik konfransında çıxışı fonunda da sübut edərək Paşinyana tarix, hüquq və siyasət dərs keçməklə, bütün dünyaya erməni baş nazirinin nə qədər savadsız, naşı siyasətçi olduğunu sübut etmişdi”.


Elçin

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031