Paşinyanın “Şuşa bizim deyil” bəyanatındakı GİZLİ MESAJ – Məqsəd Hadrutdur...

Paşinyanın “Şuşa bizim deyil” bəyanatındakı GİZLİ MESAJ – Məqsəd Hadrutdur...
"Paşinyanın bu açıqlaması Şuşanı Hadrutla əvəzləmək məqsədi daşıyır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın Şuşanın Azərbaycan şəhəri olduğunu açıq şəkildə etiraf etməsinin arxasında hansı məqsədin gizləndiyinə aydınlıq gətirərkən politoloq Cümşüd Nuriyev deyib:

"Nikol Paşinyanın Şuşa şəhərinin türk şəhəri olmasını etiraf etməsi məqsədsiz deyil. Bilirsiniz ki, Azərbaycan Şuşa ilə yanaşı Hadrut qəsəbəsini də azad edib. Bu əraziyə də Ordumuz nəzarət edir. Paşinyan isə Şuşanın türk şəhəri olduğunu dilə gətirməklə Hadrut əhalisinin 80-90 faizinin erməni olmasına eyham vurur. Paşinyanın bu açıqlaması bir tərəfdən daxili publikaya hesablanıb. O, bununla Ermənistan üçün bildirir ki, Şuşa türk şəhəridir. Amma eyni zamanda Azərbaycana da mesaj verir ki, Hadrut ermənilərin çoxluq təşkil etdiyi yerdir və onlar bura qayıtmalıdır”.

Politoloq düşünür ki, Azərbaycan heç bir halda bu erməni avantürasına uymayacaq: "Hadrutun onların nəzarətində olmaması erməniləri çox narahat edir. Amma aydın məsələdir ki, Azərbaycan bu avantüraya getməyəcək. Təbii ki, erməni nəyisə etiraf edirsə, onun arxasında xislət, yalan durur”. 

C. Nuriyevin fikrincə, bu kimi açıqlamalar Paşinyanın şəxsi fikrinin məhsulu deyil, şimaldan verilən tapşırıqdır: "İnanmıram ki, Paşinyan özbaşına bu təkliflə çıxış etsin. O kifayət qədər uzaqgörən, ağıllı adam deyil. Siyasətə küçədən gəlib, siyasətçi deyil. Belə fikirlərin səslənməsi Moskvadan ona gələn tapşırıqdır”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR