Paşinyanın \"oyun qaydaları\"nı dəyişmək cəhdi: \"Hədəf Rusiyadır\"

Paşinyanın \
"Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində yeni bir siyasi mərhələ başladır. Bu prosesə ABŞ da dəstək verir”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi "Zəngəzur" dəhlizinin açılmasından yayınmaq və Qarabağa status əldə etmək üçün danışıqlar prosesinə başlamağa çalışır:

"Rusiya idarə olunan bir münaqişə yaratmaq, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməməsi üçün bu prosesdə maraqlıdır. Amma Rusiya Fransa qoşunlarının Ermənistana göndərilməsində maraqlı deyil. Paşinyan Fransa ordusunu Azərbaycanla böhrana görə sərhəddə dəvət etdiyini desə də, bu əsasən, Rusiyaya qarşı yönəlmiş bir addımdır. Onun məqsədi Rusiyanın hərbiçilərini ölkəsindən çıxarmaq, Qərbin dayaqlarını  Ermənistanda möhkəmlətməkdir”.

Politoloq qeyd edib ki, Ermənistan uğrunda Avropa İttifaqı və Fransa Rusiya ilə mübarizədə yeni mərhələyə keçib:

"Məhz bu proseslər davam etdikcə, Ermənistan üçtərəfli razılaşmalara getməyəcək.  Fransa və Avropa İttifaqı Ermənistanın təklifləri ilə  Azərbaycana təzyiq etmələri fonunda  Qərbin hazırkı siyasəti uğurlu olmayacaq. Əgər Fransa və Avropa İttifaqı üçtərəfli razılaşmalara dəstək verəcəklərsə, Ermənistan siyasətləri uğurlu ola bilər. Hazırda isə, buna gedilmir. 

Ümumi porses gərgin olaraq qalır və Azərbaycan mütləq şəkildə Ermənistana ciddi təzyiqlər edib, üç tərəfli razılaşmaların yerinə yetirilməsinə nail olmalıdır. Bu siyasi gedişatla müəyyən qədər Rusiya da Azərbaycanla hesablaşır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...