Paşinyanın \"ölü doğulan\" arzusu - \"Bu Ermənistanda ciddi fəlakətə gətirib çıxaracaq\"

Paşinyanın \
Moskva görüşündə Ermənistan baş naziri Nikol Paşinyan Minsk qrupu  həmsədrlərinin vasitəçiliyilə danışıqlarda iştirak etmək istəyini ortaya atıb. 
 
Bəs bu istəyin arxasında nələr dayanır?

Bu barədə Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Paşinyanın bu açıqlaması daxili auditoriyaya hesablanıb.

"Bu onun avantürasından irəli gəlir, populizmə əsaslanır. Paşinyan bununla özünü sığortalamaq istəyir. Göründüyü kimi, Ermənistan yenə də status məsələsini qaldırmağa çalışır. İrəvan həmçinin, yenidən ATƏT-in Minsk qrupu həmsədrləri səviyyəsində danışıqların aparılmasında maraqlıdır.  

Bununla Paşinyan göstərmək istəyir ki, guya Ermənistan Dağlıq Qarabağ məsələsində prinsipialdır. Göstərmək istəyir ki, Ermənistan Minsk qrupu həmsədrləri çərçivəsində danışıqlarda maraqlıdır və hələ də Qarabağ problemi qalır. Bu sayaq açıqlama ilə Paşinyan özünə qarşı kəskin mövqe sərgiləyən müxalifəti susdurmağı da düşünür. Qəbul edilən üçtərəfli bəyanatda da  Minsk qrupunun hər  hansı bir şəkildə yenidən dirildilməsi istiqamətində heç bir bənd yoxdur.  Son Moskva görüşündə də Bakı ilə Rusiya buna qarşı çıxdı”.

M. Əsədullazadə qeyd etdi ki, Azərbaycan üçün artıq Minsk qrupu məsələsi bitib: 

"Münaqişə demək olar tarixdə qaldı. Qarabağın statusu məsələsi isə Azərbaycanın daxili işidir. Ona görə də Ermənistanın bu şərtləri heç zaman qəbul edilməyəcək. ATƏT-in Minsk qrupunun yenidən format almasını Bakı qəti şəkildə qəbul etməyəcək.  Onun yenidən dirilməsi proses ətrafında növbəti problemlərə səbəb ola bilər. Paşinyanın nə deməsindən asılı olmayaraq Minsk qrupu artıq arxivə göndərilməlidir”.

Politoloqun fikrincə, Ermənistan baş nazirinin buna getməsi onun üçün ciddi problemlər yaradacaq: 

"Bütün hallarda proses getdikcə, Ermənistanda Qarabağ məsələsinin unudulmasına gətirib çıxaracaq.  Paşinyan da yaxşı bilir ki, növbəti münaqişə Ermənistanda daha ciddi fəlakətə gətirib çıxaracaq”.

Elçin
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...