“Paşinyanın ilk bir ili bu işlərin görülməsinə sərf olunacaq” – Politoloq

“Paşinyanın ilk bir ili bu işlərin görülməsinə sərf olunacaq” – Politoloq
Bu gün Ermənistanda 8-ci çağırış Milli Məclisin ilk iclası keçirilib. "Vətəndaş Müqaviləsi” partiyası tərəfindən namizədliyi irəli sürülmüş Nikol Paşinyan yeni baş nazir seçilib.
 
Maraqlıdır, bundan sonra Nikol Paşinyan hansı addımları atacaq?

Mövzu ilə bağlı politoloq Əlimusa İbrahimov Sfera.az-a açıqlamasında xatırladıb ki, Paşinyanın əvvəlki baş nazirlik dövrü ilə indiki tamamilə fərqlənir:

"Ortada  Azərbaycana məğlub olmuş, ordusu dağıdılmış Ermənistan var.  Nikol hələ bir müddət ölkədə əmin-amanlıq yaratmaqla məşğul olacaq. Bildiyiniz kimi müharibədən sonra Ermənistanda vəziyyət olduqca acınacaqlıdır – həm iqtisadi, hərbi, həm də siyasi vəziyyət. Düşünürəm ki, Paşinyanın ilk vəzifəsi müxalif qüvvələri neytrallaşdırmaq olacaq. Çünki bu addımı atmazsa, istədiyi planları həyata keçirə bilməz, müxalif qüvvələr ona mane olar. Həmin qüvvələr isə Robert Köçəryan, Serj Sarkisyanın simasında Ermənistan Qarabağ klanıdır. Onları ram edəndən sonra Paşinyan reformalara başlayacaq.

Azərbaycanla münasibətə gəlincə, birmənalı demək olmaz ki, Paşinyan 10 noyabr və 11 yanvar bəyanatlarından irəli gələn vəzifələri həyata keçirəcək. O, uzun müddət bu razılaşmalardan imtina etməyə çalışacaq.  Bu bəyanatların maddələrini yerinə yetirmək Ermənistanın müxalif qüvvələrini ona qarşı qaldırmağa səbəb ola bilər. Ona görə də o, maksimum çalışacaq ki, bəyanatları yerinə yetirməsin və bu zaman Azərbaycanı da günahlandırmağa cəhd edəcək, əleyhimizə arqumentlər səsləndirəcək. O cümlədən Paşinyanın Rusiyaya meyli azalacaq, bu ölkənin nəzarətindən çıxmaq istiqamətində addımlar atacaq. Fikrimcə, onun bir ili qeyd etdiyim məsələlərə sərf olunacaq”.

Müsahibimiz bildirib ki, Paşinyan bir ildən sonra, üçtərəfli bəyanatlara qayıdacaq və o, Avropa Birliyinin verilən vədlərə yetərincə əməl etməyəcəyini dərk edəcək:

"Eyni zamanda Rusiyanın da istədiyini Ermənistandan alması üçün qüvvəsi kifayət qədərdir. Paşinyan indiki dövr üçün öz xoşu ilə üçtərəfli bəyanatlardan irəli gələn maddələri yerinə yetirməyəcək, Türkiyə və Azərbaycanla yaxınlaşmağa da cəhd göstərməyəcək. Düşünmək olardı ki, bəlkə də iqtisadi vəziyyətin ağırlığı Paşinyanı sözügedən məsələlərə məcbur edə bilər. Amma Avropa Birlliyinin Ermənistana ayırdığı 2,6 milyard avro Nikola iqtisadi vəziyyəti müəyyən mərhələdə düzəltməyə imkan verəcək. Paşinyan və erməni xalqını bu və ya digər işə məcbur etmək lazımdır. Bunu da Azərbaycan xalqı, ordusu edəcək.
Hesab edirəm ki, Azərbaycan maksimum dərəcədə öz iqtisadi potensialını və ordusunu gücləndirməlidir. Bununla yaxın gələcəkdə müharibə gözlənildiyini demək istəmirəm, sadəcə Ermənistan, qarşısında çox güclü dövlətin dayandığını görməlidir. Qeyd etdiyim kimi, Paşinyan  Rusiya və Azərbaycan tərəfindən cəzalandırılacağı vaxta qədər üçtərəfli bəyantalardan irəli gələn məsələlərdən maksimum boyun qaçırmağa, Rusiyadan uzaqlaşmağa çalışacaq. Cəzalandıracağını hiss etdiyi zaman isə Paşinyan müəyyən qədər ipə-sapa yatacaq”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Polisdən böyük ƏMƏLİYYAT - 21 əcnəbi SAXLANILDI - FOTO

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) BPQMİ-nin Qanunsuz Miq...

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu İMZALADI - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) Əməkdaşlıq Memorandumu imzalayıblar.   Sfera.a...

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin FƏALİYYƏTİ DAYANDIRILIR

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərbaycanlılar Türkiyədə mənzil alışını azaldıb - RƏQƏMLƏR

Bu il Türkiyədə əcnəbilər tərəfindən alınan mənzillərin sayında kəskin azalma müşahidə edilir.  Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbə...

“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil” – Cavanşir Feyziyev

Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyev mediaya müsahibə verib. ...

Azərbaycanda psixoloq qiymətləri niyə bahadır? - AÇIQLAMA

Psixologiya sahəsi ölkəmizdə son illər praktiki olaraq daha geniş yayılıb. İnsanların əksəriyyəti isə psixoloq qiymətlərinin bahalığından şikayətlənir. &nbs...