Paşinyanın əsl niyyəti budur - Markov

Paşinyanın əsl niyyəti budur - Markov
Nikol Paşinyan qərbmeyilli siyasətçidir. O istərdi ki, Ermənistan Rusiyadan istifadə etsin, amma Qərb tərəfə hərəkət etsin.

Sfera.az xəbər verir ki, bunu Report-a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

Ekspert qeyd edib ki, Ermənistanın Baş naziri Rusiyadan kömək umur, belə ki, rəsmi Moskvanın İrəvana kifayət qədər yardım etmədiyini düşünür: "Bu, Ermənistanda Rusiya əleyhinə nümayişlərin keçirilməsinə səbəb olur. Paşinyan isə digər təşkilatlara üz tutacağı, kömək üçün Fransa, ATƏT, NATO, ABŞ və digərlərinə müraciət edəcəyi ilə şantaj edir”.

Politoloq vurğulayıb ki, Avropa İttifaqı və Fransa Qarabağ məsələsində təşəbbüsü Rusiyanın əlindən almağa çalışır: "Paşinyan bundan Rusiyaya qarşı şantaj aləti kimi istifadə etməyə çalışır, bu səbəbdən dekabrın 15-i Prezident Əliyev ilə Brüsseldə görüşmək istəyir”.

S.Markovun sözlərinə görə, bu, Rusiyanın kəskin narazılığına səbəb olub, belə ki, Paşinyan noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşmək istəmədi, amma Avropa İttifaqının vasitəçiliyi ilə görüşmək istədi: "O, vəziyyəti yumşaltmaq üçün Brüsseldən öncə Azərbaycan və Rusiya liderləri ilə Soçidə görüşür, lakin bu görüş onun üçün məcburi xarakter daşıyır. O, Rusiyanın qəzəbini soyutmağa çalışır”.

Rusiyalı ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün rəsmi İrəvanın diplomatik səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıması tələb olunur.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əziz Səncər: "Azərbaycanlı qardaşlarımız Qarabağı azad etməklə bütün dünyaya dərs verdi"

"Qarabağ hamımızın könlündədir. Qarabağ zəfəri ilə Azərbaycan çox şeyi bacardı". Sfera.az xəbər verir ki, bu fikirləri dünya şöhrətli alim, Nobel mükafatı...

Ərdoğan və Putin telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə dekabrın 3-də telefonla danışacaq. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə x...

Şərq Tərəfdaşlığı Sammiti ərəfəsində Qarabağda dayanıqlı sülh üçün perspektivlər

Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirləri bu yaxınlarda Brüsseldə idarəetmə və investisiyaya güclü diqqət yetirərək tərəfdaşlığı inkişaf etdirmək, eləcə də yeni ...

Mövlud Çavuşoğlu: “Türkiyə NATO-nun genişlənməsinin tərəfdarıdır”

"Türkiyə NATO-nun genişlənməsinin tərəfdarıdır”. Sfera.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO XİN başçılarının Riqadakı...

NATO-Rusiya gərginliyi davam edir: Bölgənin aqibəti necə olacaq?

Son günlər Rusiya və NATO arasında siyasi-hərbi vəziyyət gərginləşməkdə davam edir.  Rusiya Prezidenti Vladimir Putin də NATO-nun Ukraynada hərbi infrastru...

Nursultan Nazarbayev Azərbaycan Prezidentinə başsağlığı verib

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayevə telefonla zəng edib. Sfera...