Paşinyanın əsgər oğlunun gəzintisi etiraza səbəb oldu - VİDEO

Paşinyanın əsgər oğlunun gəzintisi etiraza səbəb oldu -  VİDEO
 

Ermənistan Baş Naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində xidmət keçdiyi deyilən oğlu Aşotun Yerevan küçələrində mühafizəçisinin müşayiəti altında bacısı ilə gəzərkən çəkilmiş görüntüləri yayılıb.

Sfera.az bildirir ki, bu görüntülərdən sonra sosial şəbəkələrdə Paşinyanın oğlunu əsgərliyə göndərmədiyi, xalqı aldatdığına dair fikirlər səsləndirilib.

Erməni hökumətinin Mətbuat xidmətinin rəhbəri Vladimir Karapetyan açıqlama yayaraq həmin görüntülərin Aşot Paşinyan məzuniyyətdə olarkən çəkildiyini bildirib:

"Ermənistan Baş Nazirinin oğlu, "Dağlıq Qarabağ”ın ordusunda xidmət keçən Aşot Paşinyan məzuniyyətdədir. Bu hüquqdan Ermənistan Ordusunun intizam pozuntusu olmayan bütün əsgərləri istifadə edir. Müdafiə Ordusunda bir ildən çox xidmət edən 400-ə yaxın hərbçi hər həftə məzuniyyət götürür”.

Xatırladaq ki, Ermənistan hökuməti başçısının oğlu A. Paşinyanın 2018-ci ilin yayında qondarma Qarabağda hərbi xidmətə getdiyinə dair informasiya yayılsa da, bugünə qədər KİV-də onun Yerevanda olduğu yönündə məlumatlar səngimək bilmir.



OXŞAR XƏBƏRLƏR

"Bakı ən çox xarici investisiya qoyulan 3 şəhərdən biridir" – Mikayıl Cabbarov

2023-cü ildə ən çox birbaşa xarici investisiya yatırılan şəhərlərin reytinqində Bakı üçüncü yerdə qərarlaşıb.  Sfera.az xəbər verir ki, bu haqda məlum...

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.   Sfera.az bildirir ki, forvard bu mövsüm al...

"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Cavanşirsiz səhnəni tərk edirəm!”   Sfera.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildir...

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...