Paşinyanın diplomatik pasportu azərbaycanlıların əlinə necə keçib? – Ermənistanda qalmaqal

Paşinyanın diplomatik pasportu azərbaycanlıların əlinə necə keçib? – Ermənistanda qalmaqal
Ermənistanda baş nazir Nikol Paşinyanın diplomatik pasportunun "azərbaycanlının əlinə keçməsi” ətrafında qalmaqal qaldırılıb.

Qalmaqalı sosial şəbəkələrdə Ermənistandan deportasiya edilmiş Qazaxıstan vətəndaşı, beynəlxalq məsələlər üzrə ekspert və "Orbeli” mərkəzinin keçmiş rəhbəri Andranik Ovanisyan qaldırıb. O, videomüraciət yayaraq bildirib ki, Qazaxıstanda yaşayan azərbaycanlıdan Paşinyanın adına diplomatik pasport sifariş verib və alıb.

Andranik Ovanisyan Paşinyanın pasportunu necə əldə etdiyi haqda danışır…


Ovanisyan deyib ki, Mərkəzi Asiyada hazırda əllərində Ermənistan pasportu olan, erməni dilində danışan səkkiz etnik azərbaycanlı var. Videoda Ovanisyan diplomatik pasport nümayiş etdirir və orada baş nazir Nikol Paşinyanın adı, familiyası, fotoşəkli yer alır. Ovanisyanın  dediyinə görə, azərbaycanlılar yeyib-içmək məclislərindən birində sərxoş halda onu çeçen hesab ediblər və Ermənistan pasportuna malik olduqlarını deyiblər. Pasportları haradan aldıqları barədə soruşanda isə onlar deyiblər ki, "məxməri” inqilabdan sonra Ermənistanın yüksək vəzifəli şəxslərindən informasiyalar alırlar. "Pasportlar məsələsində isə onlara Milli Təhükəsizlik Xidmətinin rəhbəri Kərəmov (xidmətin artıq istefa vermiş keçmiş rəhbəri Arqişti Kərəmyan nəzərdə tutulur) kömək edir”.

Andranik Ovanisyanın iddiasına görə həmin azərbaycanlılar ona pul əvəzində 2-3 həftə ərzində Ermənistan pasportu təşkil edə biləcəklərini deyiblər. Ovanisyan isə onlardan baş nazir Nikol Paşinyanın adına diplomatik pasport sifariş edib. Pasport böyük məbləğə başa gəlib və Qazaxıstandan olan etnik ermənilər öz aralarında pul cəmləyərək onu alıblar. Nəticədə 2020-ci il noyabrın 7-dən etibarən həmin pasport Ovanisyanın əlindədir.


Bu videomüraciət sosial şəbəkələrdə geniş rezonans doğurub, bir çoxları Ovanisyanın danışdıqlarına inanmayıblar, pasportda imza yerinin boş olduğunu ona xatırladıblar.

Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan isə KİV-lərə bildirib ki, əslində Paşinyanın diplomatik pasportu noyabrın 10-da onun iqamətgahına basqın edən etirazçılar tərəfindən oğurlanıb. "Hökumət binasına hücum edənlər 14 diplomatik pasportu oğurlayıblar, onların arasında baş nazirin pasportu da olub. Pasportlar həmin gün ləğv edilib”,-o deyib.

Lakin oğurlanan pasprortun Qazaxıstanda yaşayan Ovanisyanın nümayiş etdirdiyi pasport olub-olmadığı dəqiqləşdirilmir. (virtualaz.org)
 

OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...