Paşinyanın daha bir görüntüsü yayıldı: Yaltaqlandığı anlar - VİDEO

Paşinyanın daha bir görüntüsü yayıldı: Yaltaqlandığı anlar  - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyana yaltaqlandığı anları əks etdirən arxiv görüntüləri yayılıb. 
 
Sfera.az xəbər verir ki, videoda Paşinyanın tədbirlərdən birində Levon Ter-Petrosyanın çıxışından öncə dəfələrlə canı könüldən onun adını hayqıraraq xalqı cuşa gətirməyə çalışdığı görünür. 

Qeyd edək ki, jurnalist Paşinyanın baş nazir olmasında Ter-Petrosyanın rolu az olmayıb. Petrosyanın Paşinyanı hakimiyyətə gəlməsi üçün Qərbin yaxın əlaqədə olduğu dairələrə, diaspor və müəyyən güc mərkəzlərinə onu tövsiyə etdiyi bilinir. Təsadüfi deyil ki, Paşinyanın keçmişdəki küçə aksiyalarına Ter-Petrosyanın Erməni Milli Konqresinin Gənclər Hərəkatı da qoşulmuşdu. Çünki Ter-Petrosyan Qərbin və erməni diasporunun Ermənistanda ən inanılmış adamı idi və yəqin ki, çevriliş yolu ilə hakimiyyətə Paşinyanın gətirilməsi də onun tövsiyəsi əsasında baş tutmuşdu.


OXŞAR XƏBƏRLƏR