Paşinyanın axmaqlığı, Minsk Qrupunun susqunluğu və... - Ermənistanın dağılan tifaqı

Paşinyanın axmaqlığı, Minsk Qrupunun susqunluğu və... - Ermənistanın dağılan tifaqı

Ötən gün Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinin olmadığını bəyan etdi.


Bu açıq şəkildə Dağlıq Qarabağ münaqişəsinin danışıqlarla həlli üçün nəzərdə tutulan Minsk Qrupunun daha lazım olmayacağı anlamına gəlir. Ermənistan münaqişənin diplomatik həllinin olmadığı düşüncəsindədirsə, adıçəkilən qurumun fəaliyyətinə ehtiyac qalırmı?


Maraqlıdır, həmsədr dövlətlərin Paşinyanının sözügedən bəyanatına münasibəti necə olacaq?

 

Məsələ ilə bağlı Sfera.az-da danışan deputat Asim Mollazadə Azərbaycanın indiyədək heç nəyə nail olmayan beynəlxalq təşkilatların qətnamələrini icra etdiyini bildirib:



"Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həllinə tərəfdar olub. Ermənistan Paşinyandan əvvəl danışıqların imitasiyasını aparırdı. Paşinyan isə öz gedişləri ilə danışıqlar prosesini pozdu. Dünən açıq şəkildə etiraf etdi ki, münaqişənin diplomatik yolla həllini görmür və hamını müharibəyə çağırır.

 

Bu özlüyündə Ermənistan siyasətinin bariz nümunəsidir. Bütün beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlər və Minsk Qrupunun həmsədr ölkələri Paşinyanın bu çıxışına diqqət yetirməlidir.


Paşinyanın göstərişi ilə Ermənistan ərazisindən ballistik raketlərlə münaqişə zonasından uzaq ərazilər hədəf alınır. Burada da məqsəd mülki əhaliyə ziyan vurmaqla, cəbhədəki itkilərinin qisasını almaq cəhdidir. Azərbaycanın hərbi əməliyyatları sülhməramlı əməliyyatlar kimi qiymətləndirilməlidir və indiyədək heç nəyə nail olmayan beynəlxalq təşkilatların qətnamələrini icra etməkdir”.

 

Politoloq Natiq Miri indiki məqamda Azərbaycanın BMT qətnamələrini icra etdiyi üçün Minsk Qrupundan çıxmağın önəm daşımadığını qeyd edib:



"Minsk Qrupu Ermənistanın bu bəyanatına susmaqla "cavab verir”. Ola bilsin, şablon xarakterli standart açıqlamalar veriləcək ki, bu açıqlamalarda da hər iki tərəfi atəşkəsə çağıracaqlar. İnsanlıq əleyhinə böyük hərbi cinayət törədildiyi vaxtda belə Minsk Qrupunun həmsədr dövlətləri susdu. Söhbət Gəncənin mülki obyektlərinin, yaşayış məntəqlərinin kütləvi insan qırğınına səbəb olacaq ballistik raketlərlə vurulmasından gedir. Bu cür hərbi cinayətdən sonra Minsk Qrupu həmsədr dövlətləri susmağa üstünlük verdilər. Onlar heç olmasabeynəlxalq hüquqa uyğun olaraq Ermənistana çağırış etməli idilər ki, belə addımlardan çəkinsinlər.

 

Azərbaycanın bu qurumdan çıxmasına artıq lüzum qalmayıb. Çünki Azərbaycan demək olar ki, BMT-nin 4 qətnaməsini tədricən yerinə yetirməkdədir. Ən axrıncı qəbul olunan qətnamə 884 saylı qətnamə idi ki, bu da bilavasitə Zəngilanın işğalı ilə bağlı idi və Azərbaycan Zəngilanı azad etməklə bu qətnaməni icra etdi.

 

Yəni, indiki məqamda Azərbaycan Nikol Paşinyanın bu axmaq bəyanatından istifadə edərək nümayişkaranə şəkildə Minsk qrupundan çıxmaq əvəzinə, hərbi əməliyyatlarını uğurla davam etdirməlidir.

 

Qısa müddət ərzində Laçın, Şuşa, Xankəndində Azərbaycan bayrağı qaldırılarsa hər hansı qrup daxilində bu münaqişənin müzakirəsinə ehtiyac da qalmayacaq”.

 

Sfera.az

Əzizə Zeynal

 

 

 


OXŞAR XƏBƏRLƏR