Paşinyanın Amerikadakı tərəfdaşı pedofil çıxdı

Paşinyanın Amerikadakı tərəfdaşı pedofil çıxdı
 

ABŞ-ın Kaliforniya ştatında yaşayan erməni hüquq-müdafiəçisi, jurnalist-araşdırmaçı və "Ermənistan siyasi forumu” (PFA) analitik mərkəzinin üzvü, nəhayət baş nazir Nikol Paşinyanın inqilabçı tərəfdaşı Ara Manukyan pedofiliyada ittiham olunur. Virtualaz.org xəbər verir ki, bu haqda Kaliforniya məhkəməsinin sənədlərinə əsasən Raffi Şişoyan adlı erməni sosial şəbəkə istifadəçisi yazıb.

Onun bildirdiyinə görə Manukyana qarşı 2019-cu il avqustun 6-da seksual xarakterli cinayətlər, daha dəqiqi pedofiliya ilə bağlı ittihamlar irəli sürülüb. Kaliforniyanın cinayət məcəlləsinə əsasən ittiham 14 yaşına çatmamış şəxslərə qarşı seksual cinayətləri nəzərdə tutur.

"Bu publikçağırışdır və bütün insanlara, təşkilatlara müraciətdir ki, cinayətkar Ara Manukyanla münasibətlərinə yenidən baxsınlar, uşaqlarını qorusunlar”,-istifadəçi yazıb.

Məlumatda deyilir ki, Manukyanın barəsində girov əvəzində məhkəməyə qədər srbəst buraxılma tədbiri seçilib. O, 1 milyon 330 min dollar girov qoyub. İttihamlar üzrə Manukyanı 10 il həbs gözləyir.Tert.am saytı həmin istifadəçi ilə əlaqə saxlayıb. Şişoyan bildirib ki, Manukyanın fəaliyyətini çoxdan izləyirdi. "O, ABŞ-dakı bütün erməni icmasını parçalayıb. Həm Ermənistandakı inqilabdan əvvəl, həm sonra bu işlə məşğul olub. İndi o, Paşinyanın hökumətini dəstəkləyir, əvvəl isə "Sasna tsrer” hərəkatına qoşulmuşdu”, -istifadəçi bildirib.

Virtualaz.org



OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...