Paşinyandan Şuşa ilə bağlı gülünc açıqlama

Paşinyandan Şuşa ilə bağlı gülünc açıqlama
Deyirlər, Şuşanı satmışıq. Şuşanı kim satıb? Əgər satmışıqsa, son 30 il ərzində satmışıq. Ona görə ki, Şuşa bədbəxt, boz şəhər idi.

Sfera.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

"Bizə Şuşa lazım idimi? Əgər lazım idisə, niyə belə vəziyyətdə idi? Bizə bu "azad edilmiş ərazilər” lazım idimi? Əgər lazım idisə, niyə?.. İndi deyirlər ki, niyə "Qarabağ prezidentinin” (keçmiş qondarma "dqr”in "lideri” Araik Arutyunyan nəzərdə tutulur – red.) inauqurasiyası Şuşa keçirilib? Təsəvvür edin, 30 il bütün erməni elitası hesab edirdi ki, Şuşa Dağlıq Qarabağ şəhəridir və "Qarabağ prezidentinin” orada tədbir keçirmək haqqı yoxdur. Şuşa şəhəri fikirlərdə olmayanda satılmışdı. Əgər beyinlərdə olsaydı, belə sual ortaya çıxmazdı”, - o bildirib.

Qeyd edək ki, indi Şuşanın bədbəxt və boz şəhər olmasını iddia edən Paşinyan bir qədər əvvəl buranın itirilməsini müharibənin gedişatında həlledici rol oynadığını, geri qaytarmaq üçün iki uğursuz cəhd etdiklərini açıqlamışdı.

OXŞAR XƏBƏRLƏR

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.   Sfera.az xəbər verir ki, bu sözləri &qu...