Paşinyandan əsirlərin mübadiləsi ilə bağlı AÇIQLAMA

Paşinyandan əsirlərin mübadiləsi ilə bağlı AÇIQLAMA
Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı və İrəvanın Dağlıq Qarabağ münaqişəsi zonasında əsir mübadiləsi zamanı "hamının hamıya” prinsipi ilə bağlı razılığa gəldiyini elan edib.

Sfera.az bildirir ki, bu barədə "RİA Novosti” xəbər yayıb.

"Ən mühüm vəzifə əsirlərin geri qaytarılmasıdır. Demək istəyirəm ki, burada müəyyən irəliləyiş var. Əsasən, "hamının hamıya” mübadilə prinsipi razılaşdırılıb”, - deyə Paşinyan həmyerlilərinə televiziya ilə müraciətində bildirib.

Onun sözlərinə görə, söhbət həm Qarabağda münaqişənin son gərginləşməsi zamanı, həm də ondan əvvəl əsir düşənlərdən gedir. Paşinyan əlavə olaraq, əsirlərin geri qaytarılması mexanizmlərin hazırlanmasının zəruriliyini də vurğulayıb.

Ermənistan baş naziri digər vacib problemin itkin düşənlərin axtarışı olduğunu bildirib. O, noyabrın 9-dan bəri 600-dən çox ölü hərbçinin cəsədinin münaqişə zonasından çıxarıldığını, 500 meyitin şəxsiyyətini müəyyənləşdirmə mərhələsində olduğunu söyləyib.

"Yüksək bir ehtimalla, bunların itkin düşmüş həmyerlilərimizin meyitləri olduğunu söyləyə bilərik... Şəxsiyyətin müəyyən edilməsi DNT testləri istifadə edilərək həyata keçirilir. Bu günə qədər ölənlərdən 135-nin şəxsiyyəti müəyyənləşdirilərək qohumlarına təhvil verilib”, - deyə o bildirib.

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...