Paşinyandan aprel döyüşləri ilə bağlı SENSASİON SÖZLƏR: “Bunu Rusiya başlatdı, məqsədi…”

Paşinyandan aprel döyüşləri ilə bağlı SENSASİON SÖZLƏR: “Bunu Rusiya başlatdı, məqsədi…”
 

Ermənistanın "Fakt” qazeti ölkə parlamentində fəaliyyət göstərən və Aprel döyüşlərində Ermənistan ordusunun məğlubiyyətini araşdıran dövlət komissiyasının işi ilə bağlı sensasion məlumat yayıb.

Sfera.az xəbər verir ki, məlumatda Baş nazir Nikol Paşinyanın komissiyanın növbəti iclaslarından birində Aprel savaşı ilə bağlı dinləmələrdə iştirakı gözlənilir.

Nəşrin dövlət strukturlarında çalışan etibarlı mənbələrə istinadən verdiyi məlumata əsasən, Paşinyan artıq bu məsələ ilə bağlı bir dəfə fikir bildirib.

"Aprel savaşı Rusiyanın əli ilə baş tutub. Moskva buna Azərbaycanı KTMT-ya gətirmək üçün əl atıb. Aprel savaşının günahkarı Kremldir”, - deyə Paşinyan qeyd edib. 

Məlumatda həmçinin bildirilib ki, komissiyanın növbəti iclaslarına ifadə vermək üçün Serj Sərkisyan, Yuri Xaçaturov və Aykaz Baqmanyan da dəvət ediləcək. /axar.az


OXŞAR XƏBƏRLƏR

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...