Paşinyana son çarə kimi görünən növbədənkənar seçki: Kim üstün olacaq?

Paşinyana son çarə kimi görünən növbədənkənar seçki: Kim üstün olacaq?

"Növbədənkənar seçki düşmən ölkədə siyasi sabitliyin daha ciddi şəkildə pozulması ilə nəticələnəcək”.


Bunu Sfera.az-a açıqlamasında Ermənistanda erkən parlament seçkilərinin keçiriləcəyi təqdirdə hansı qüvvələrin üstün mövqeyə malik olacağına aydınlıq gətirərkən politoloq Nəsimi Məmmədli deyib.


Politoloq düşmən ölkədə növbədənkənar seçkinin qaçılmaz olduğunu bildirib:


"Ermənistanda vəziyyət son dərəcə mürəkkəbdir. Həm sosial-iqtisadi, həm də hərbi-siyasi mənada ölkədə böhran həddidir. Böhrandan çıxmaq üçün isə Ermənistanda növbədənkənar seçki qaçılmazdır. Bunun başqa variantı yoxdur. Seçki ilə mövcud iqtidar əslində özünə etimad limitini müəyyənləşdirmək istəyəcək. Müxalifət isə hakimiyyəti dəyişmək cəhdində bulunacaq”.


Politoloq hesab edir ki, növbədənkənar seçkinin Ermənistandakı siyasi böhranı həll edib-etməyəcəyi sual altındadır:


"Fikirlər var ki, növbədənkənar seçki Ermənistanda siyasi sabitliyin daha ciddi şəkildə pozulması ilə nəticələnəcək. Müharibədən sonra müxalifət Paşinyanı etirazlar yolu ilə istefaya göndərməyə çalışsa da, buna nail olmadı. Paşinyan faktiki olaraq həmin mürəkkəb mərhələdə hakimiyyətini qoruyub saxladı”.

 

N. Məmmədlinin fikrincə, bu seçkidə Nikol Paşinyan 2018-ci ilə nisbətən daha az səs toplayacaq, amma hakimiyyətdə qalacaq:


"Seçkilərə gəldikdə, "Qarabağ klanı” Ermənistan cəmiyyətinin gözündən xeyli dərəcədə düşüb. Bu gün erməni cəmiyyəti revanşist çağırışlara müsbət reaksiya vermir. Çünki bunun altını çəkdilər. Ona görə də Paşinyan düşünür ki, növbədənkənar seçkiyə getməklə müxalifətin iqtidara gəlməsini müəyyən qədər önləyə bilər. Növbədənkənar seçki ilə Paşinyanın komandası müəyyən səs itkisinə sözsüz ki, məruz qalacaq. 

 

2018-ci ildə 70 faizdən çox səslə iqtidara sahib olan hakim komanda bu dəfə daha az səs toplayacaq. Amma hər halda hakimiyyətini və parlament təmsilçiliyini qoruyub saxlayacaq. Çox güman ki, Ermənistanda gözlənilən növbədənkənar seçki demokratik dəyişiklik üçün yox, daha çox oradakı kənar qüvvələrin maraqlarının qorunub saxlanması ilə nəticələnən bir seçki olacaq. Bütün hallarda seçkinin nə keçirilməsi, nə də keçirilməməsi Ermənistandakı real vəziyyəti sabitləşdirməyəcək”.

 

Elçin
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...