“Paşinyan özünü sığortalayır…” – ERMƏNİ BAŞ NAZİRİN AÇIQLADIĞI SƏNƏDİN İZİ İLƏ

“Paşinyan özünü sığortalayır…” – ERMƏNİ BAŞ NAZİRİN AÇIQLADIĞI SƏNƏDİN İZİ İLƏ
"Paşinyanın Qarabağla bağlı sülh sazişinin detallarını açıqlaması özünü sığortalamaq məqsədi daşıyır”.

Sfera.az-a açıqlamasında bu sözləri Ermənistan baş naziri Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında Serj Sarkisyan hakimiyyəti dövründə Dağlıq Qarabağla bağlı danışıqlar masası üzərində olan sülh sazişinin detallarını bölüşməsi məqsədinə aydınlıq gətirərkən politoloq Natiq Miri deyib:


"Paşinyanin bu açıqlamasını onun təklifi kimi dəyərləndirmək doğru deyil. Bu açıqlamalarla o özündən əvvəlki, "Qarabağ klanı”nın hakimiyyəti dövründə guya təslimçi hakimiyyətin olduğunu ortaya qoymaq və bununla da özünü sığortalamaq istəyir. Paşinyan burada açıq şəkildə məsuliyyətdən qaçmaq istədiyini də ortaya qoyur və deyir ki, erməni xalqı təklifi qəbul edirsə, onda inqilabçı hakimiyyət də onları qəbul edə bilər”.

 

Həmsöhbətimizin fikrincə, detalları açıqlamaqla Paşinyan məsuliyyətdən qaçdığını ortaya qoyur: "Bu əslində dolayı yolla məsuliyyətdən qaçmaqdır. Çünki Paşinyan özü də gözəl anlayır ki, irqçi Ermənistan cəmiyyəti Dağlıq Qarabağ probleminin həlli yolunda hansısa güzəştə hazır deyil. Ona görə də belə fikirləri ortaya atmaqla indiki vəziyyətdə Dağlıq Qarabağ probleminin güzəştli qaydada həll olunmasının mümkünsüzlüyünü ortaya qoymağa çalışır”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR