Paşinyan Zəngəzurla bağlı TƏCİLİ TOPLANTI keçirdi

Paşinyan Zəngəzurla bağlı TƏCİLİ TOPLANTI  keçirdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur bölgəsində təhlükəsizlik mövzusunda iclas keçirib.

Sfera.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Məlumata görə, iclasda sosial-iqtisadi məsələlərə xüsusi yer verilib.

Paşinyan çıxışı zamanı Sünik sərhəd zolağında ciddi dəyişikliklərin edildiyini diqqətə çatdırıb:

"İclasımız Sünik bölgəsinin problemlərinə həsr olunub. Bu gün çoxsaylı məsələləri müzakirə etməliyik. Məlum hadisələrlə əlaqədar Sünik sərhəd zolağında ciddi dəyişikliklər baş verdi. Bu gün Ermənistanın təhlükəsizliyini təmin etmək üçün bölgədə həyata keçirilən fəaliyyətimizi müzakirə etməliyik. Süniki dövlətçiliyimizin onurğası hesab etməyimin səbəbi var. Bütün ölkədə təhlükəsizliyi təmin etməli olsaq da, burada Sünik müstəsna əhəmiyyətə malikdir”.

Hökümət başçısı sərhəd icmaları statusunda olan topluluqların konkret sosial-iqtisadi proqramların müzakirəsinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.

Bildirək ki, iclas zamanı Nikol Paşinyan icmaların və yolların təhlükəsizliyinin təmin edilməsi, "sərhəd məntəqələrinin müəyyənləşdirilməsi", vətəndaşların əmlak ziyanının mümkün kompensasiyası və bir sıra digər məsələlərin həlli barədə məlumatlandırılıb. /Yenisabah

OXŞAR XƏBƏRLƏR

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...