Paşinyan televiziyadan bəyan etdi: “Biz o torpaqlardan çıxmalıyıq, yoxsa…”

Paşinyan televiziyadan bəyan etdi: “Biz o torpaqlardan çıxmalıyıq, yoxsa…”
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan istiqamətində Sovet Ermənistanının sərhədlərinə çəkilib.

Sfera.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan İctimai Televiziyaya verdiyi müsahibəsində danışıb.

O bildirib ki, bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonası ilə erməni qoşunlarının nəzarəti altındakı zona üst-üstə düşəcək və KTMT qüvvələri artıq harada reaksiya göstərə biləcəyini, haqqının olmadığı yerləri müəyyənləşdirəcək.

N.Paşinyan cəmiyyətdə iddia olunanların əksinə, azərbaycanlıların Ermənistan ərazisinə girmədiklərini, Sünik bölgəsinin heç bir ərazisinin "işğal” olunmadığını sözlərinə əlavə edib.

O, erməni qoşunlarının Qarabağın Kəlbəcər, Zəngilan və Qubadlı (44 günlük müharibədən sonra Azərbaycana məxsus rayonlar ermənilər tərəfinən artıq özlərinin uydurma adları ilə deyil, tarixi adlarla qeyd olunur – red.) rayonlarının kiçik bir hissəsini əllərində saxladıqlarını qeyd edib. "Lakin bu ərazilər saxlanılmağa davam edərsə, Ermənistanın qanuni olaraq xarici ərazini işğal etdiyi ortaya çıxa bilər və müharibə Ermənistanın öz ərazisində gedə bilər”, – deyə Paşinyan əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 44 günlük "Dəmir yumruq” əməliyyatı ərzində işğalda olan Azərbaycan ərazilərinin tamamilə erməni separatçılarından təmizləndiyini və orada heç bir erməni hərbi ünsürün olmadığını dəfələrlə bəyan edib. Görünür, Nikol Paşinyan hakimiyyətdə qalmaq üçün hələ də ictimaiyyətini aldatmaq metodundan yapışıb.///oxu24.com

OXŞAR XƏBƏRLƏR

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...