Paşinyan Soçiyə yola düşdü

Paşinyan Soçiyə yola düşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Rusiyanın Soçi şəhərinə yola düşüb.

Sfera.az xəbər verir ki, məlumatı "Aysor” yayıb.

Qeyd edək ki, bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. V.Putinin təşəbbüsü ilə keçiriləcək görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.

Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.

OXŞAR XƏBƏRLƏR