Paşinyan Rusiyada Putinlə görüşəcək
20:08 / 10.10.2021
1348
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
Sfera.az xəbər verir ki, səfər zamanı Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək .
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiq edib:
"12 oktyabrda prezident Kremldə Dövlət Dumasının yeni seçilmiş deputatlarla ölkə üçün hansı məsələlərin önəmli olduğunu müzakirə edəcək. Eyni gündə Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirəcək”.