Paşinyan Qarabağda bunt qaldıracaq

Paşinyan Qarabağda bunt qaldıracaq
 

Əgər bəziləri Qarabağı əksinqilab ocağına çevirsə xalq oranı inqilab ocağına çevirəcək.


 

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində bildirib.


 

"Mətbuatda tez-tez yazırlar ki, bəzi qüvvələr Qarabağı əksinqilab ocağına çevirmək istəyir. Qarabağa son səfərim haqda təəsüratları bölüşmək istəyirəm: əgər bəziləri Qarabağı əksinqilab ocağına çevirməyə cəhd edərsə xalq oranı inqilab ocağına çevirəcək”-o yazıb.


 

Xatırladaq ki, mayın 8-də Paşinyan keçirdiyi uzun-uzadı mətbuat konfransında Qarabağın işğalına başçılıq edənləri-Ermənistanda 20 il hakimiyyətdə olan "Qarabağ klanını” kəskin tənqid edib. Onları anbardan taxıl oğurlayan siçovullar adlandırıb və bildirib ki, belələrinin Qarabağ məsələsini həll etmək haqqı yoxdur. Çünki orduda əsgərlər alt paltarı tapmayanda onlar özləri və ailələri milyonçulara çevrilmişdi.


OXŞAR XƏBƏRLƏR

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...

Bu məhsulları yesəniz dişlərinizi kariyesdən qoruyacaqsız

Pendir və digər süd məhsullarını çeynəyərkən, onlar tüpürcək istehsalını stimullaşdırır, bu da öz növbəsində dişlərdəki turşunu zərərsizləşdirə və çürüklərin qa...