"Paşinyan qalsa da, getsə də Ermənistan siyasi və iqtisadi böhrana girəcək"

"Paşinyan yenə millətə ağzına gələni danışır. Lakin diqqətlə qulaq asmaq lazımdır. Dediklərində Ermənistanın yol xəritəsi olmasa da, müharibə sonrası təfəkkürü müəyyən olunur. Həm də, danışığa özünü ağartma cəhdləri də var. Hamısını düzgün təhlil etmək lazımdır".
 
Sfera.az bildirir ki, bunu bunu politoloq Rövşən İbrahimov bildirib. 
 


Onun sözlərinə görə artıq başlayan proses Ermənistanda vəziyyətin daha da bərbadlaşacağına işarədir:

"Artıq başlayıb, amma 2021-ci ildən bəri Ermənistan ağır siyasi böhrana girəcək. Paşinyan iqtidarda qalmağa dirənsə, daha da ağır olacaq. Getsə, yenə də olacaq. Bu həm də Qarabağa ciddi təsir edəcək. Araikin şəkillərinə o qədər diqqət yetirməyin, bizi əsəbləşdirmək üçün onları çəkdirir. Bizim rəsmilər Rusiya tərəfinə etiraz etməlidir, o ayrı. 

Lakin, hər bir münaqişədə hərkəs özünə müraciət edə biləcək birini axtarır. Rus sülhməramlı qoşunlar isə Araiklə görüşür. Yaqin ki, başa düşüləndir ki, onu heç kim dövlət başçısı kimi qəbul etmir. Hətta fikirləşirəm ki, belə dialoq olub: "mojem mı zdes na pamyat sfotoqradirovatsya?", rus da cavab verib: "Da, koneçno"...

Vaxt keçəcək, ruslar deyəcək ki, ayağımızın altında dolaşma. Ruslar həm də bizə bununla mesaj verir. Heç kim əlindəki "kozır"dan asanlıqla imtina etməz. Amma Araikin sonu elə rusların əli ilə olacaq. 

Ermənistanı iqtisadi böhran gözləyir. Başlayıb, amma davamı 2021-də özünü göstərəcək. Hətta elə vəziyyət ola bilər ki, hərbə heç xərcləmə olmaz, bunun üçün yeni kredit tapmasalar əgər. Keçən ilki hərbi büdcə 634 milyon dollar idi, ümumi büdcənin  20%-nə yaxın. Əlbəttə müharibə vaxtı daha çox xərclədilər, demək ki, digər mənbələrdən pulu istifadə ediblər. Hansısa infrastruktur layihələri həyata keçirilməyəcək, sosial müavinətlər ödənilməyəcək, təhsil, səhiyyə zərər görəcək. Hələ, hələ bu qədər yaralı və koronavirus xəstəsi olduğu halda. 

Bu iqtisadiyyatın vəziyyəti qondarma rejimi də vuracaq. Sirr deyil ki, Ermənistan hər il Qarabağa 150-200 milyon dollar qarşılıqsız pul köçürdürdü. İndi bunu köçürtmək də çətin olacaq, pul yoxdur. 

Həm də hara və nəyə görə köçürüləcək, aydın deyil. Ayrıca Azərbaycan çalışmalıdır ki, bank beynəlxalq köçürmə sistemindən Qarabağı ayırsın.
Onların ən böyük gəliri, Kəlbəcərdə və Zəngilanda işlətdikləri qızıl yataqlardan gəlirdi - təxmini illik 50 milyon dollar.  Bunun xaricində, taxıl əkinindən də gəlir əldə edirdilər. Müharibə şəraitində onu yığa bilməyiblər. Həm də əkə bilməyəcəklər artıq. Araikin Suqovuşan tərəfində obyektləri, Ağdərədə balıq yetişdirmə zavodları olduğu deyilirdi. Deyirlər ona görə daha çox orda dava aparırdı. İndi onları da işlətmək olmur. Elektrik yox, qaz yox. Elektrik stolbaları və xətlərini Kəlbəcərdəki ermənilər özləri söküb. Tapın görün o elektrik hara gedirdi?

Onun sözlərinə görə, ermənilər Qarabağdan orta müddətdə çıxacaqlar:

"Qalanları nəzərdə tuturam: yavaş yavaş. Necə ki, iqtisadiyyati əhəmiyyəti olmayan kənd və şəhərlərdən insanlar getdiyi kimi. Qalan nə edəcək orda? İnsan olmayandan sonra, nə satacaq, nə istehsal edəcək, kimin üçün? İnsanlar praqmatikdir, nə qədər faşist olsalar da. 

Həm də, Kəlbəcər və Laçın azərbaycanlıların əlində olacağına görə, özlərini mühasirədə hiss edəcəklər. Belə şəraitdə yaşamaq çətindir. Qonşusu getsə, o da gedəcək. Mən inanıram ki, onsuz da çox adam getmək istəyirdi əvvəllər də, indi əmin oldular.

Ölü və yaralılar dönəndə, bu daha böyük böhrana səbəb olacaq. Əhali azdır, hamının bir tanışı olacaq.  Yaralılara baxa bilməyəcəklər. Müavinət verə bilməyəcəklər. Bu isə 10 000-dən çox insandır. Böyük mənfi fon. Çox şey daha yazmaq olar. Bunlar hamısı olacaq".



OXŞAR XƏBƏRLƏR