Paşinyan müxalifətin istefa ultimatumuna məhəl qoymadı – Mitinq günü İrəvanda nə baş verib?

Paşinyan müxalifətin istefa ultimatumuna məhəl qoymadı – Mitinq günü İrəvanda nə baş verib?

Çərşənbə axşamı, müxalifət tərəfindən Ermənistan baş nazirinə verilən ultimatumun müddəti bitdi, amma o, əleyhdarlarının tələb etdiyi kimi istefa vermədi. Əhəmiyyətli xalq dəstəyinə baxmayaraq, müxalifət küçələrə kifayət qədər insan çıxara bilmir.


Ultimatum baş nazirin istefası ilə nəticələnmədi


Sfera.az xatırladır ki, dekabrın 8-i saat 12:00-da müxalifətin baş nazir Nikol Paşinyana verdiyi ultimatumun müddəti bitdi. Dağlıq Qarabağ uğrunda gedən 1,5 aylıq müharibədən sonra Ermənistanın 1-ci Qarabağ savaşında istila etdiyi əraziləri Azərbaycana qaytarmağa razı olan baş nazirin əleyhdarları əmindirlər ki, o, daha ölkəyə rəhbərlik etməməlidir və öz xoşu ilə istefa verməlidir. Əks halda kütləvi etiraz aksiyalarına başlayacaqlarını və yolları bağlayacaqlarını vəs edirlər.

 

Nəticədə küçələrə bir neçə min insan çıxır və İrəvanda bir neçə küçəni bağlayır. Qruplardan biri isə paytaxt metrosunun fəaliyyətini bir neçə saatlıq iflic edir. Etirazçılar stansiyalardan birinə enib qatarların qapılarında dayanaraq hərəkətlərini bloklayırlar. Onlarla insan saxlanır, axşama doğru isə etirazlar tamamilə səngiyir.

 

Xatırladaq ki, ötən həftə "Vətənin xilası hərəkatı”nda birləşən Paşinyan əleyhdarları, ölkənin baş naziri vəzifəsinə vahid namizəd irəli sürmüşdülər.

Hökumət əleyhinə ittifaqın bütün üzvlərini razı salacaq namizədin axtarışları üç həftədən çox çəkmişdi. Nəticədə, lap çoxdan, 1990-1991-ci illərdə Birinci Qarabağ Müharibəsinin tüğyan etdiyi dövrdə ölkəni idarə edən, sonra isə uzun illər Ermənistanın İctimai Şurasının rəhbəri olan 74 yaşlı Vazgen Manukyanın üzərində dayanmışdılar.


Dekabrın 5-i İrəvanın mərkəzində keçirilən mitinqə bir neçə min insanın toplaşmışdı (müxalifətin verdiyi məlumata görə, rekord say 40 min nəfər idi). Sözügedən mitinqdə baş nazirə sonuncu ultimatum verilmişdi. Manukyan bəyan etmişdi ki, Paşinyan hakimiyyətdən getməsə, onu bunu etməyə məcbur edəcəklər. "Paşinyan anlamalıdır ki, bu hərəkat onun xoşluqla getmək şansıdır. Əgər hərəkat məğlub olsa, hiddətlənmiş xalq onu parçalayacaq”.

 

Manukyan keçid dövründə ölkə rəhbərliyini öz üzərinə götürməyə hazır olduğunu bildirmiş və söz vermişdi ki, növbədənkənar parlament seçkilərində öz namizədliyini irəli sürməyəcək.

 

Noyabrın 10-u Rusiya və Azərbaycanla imzalanan razılaşmadan danışarkən, qeyd etmişdi ki, bu razılaşmadan imtina etmək mümkün olmayacaq. "Biz heç vaxt bu bəyanatla razılaşmayacağıq, amma hazırda bu sənəd de-fakto qüvvədədir. Biz ondan imtina edə bilmərik, çünki bu Türkiyə və Azərbaycanla müharibənin yenidən başlanması demək olar. Amma bəyanat səliqəsiz tərtib olunub, orda çoxlu sayda boşluq var, yeni hakimiyyət bütün nüansları dəqiqləşdirməli və məsələləri bizə sərf edən tərəfdən həll etməlidir”,- deyə Manukyan gələcək kabinetin qarşısında dutran vəzifələri izah etmişdi.

 

 

Mənbə: RBK

Tərcümə: Selcan

Sfera.az

 



 


OXŞAR XƏBƏRLƏR

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...