Paşinyan Moskvada səfərdədir
15:32 / 12.10.2021
808
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya” məlumat yayıb.
O, Rusiya Prezidenti Vladimir Putinlə işgüzar nahar edəcək. Daha sonra tərəflər gündəlikdəki məsələləri müzakirə edəcəklər.
Tərəflər iki ölkə arasında əlaqələrin inkişafını və 2020-ci il noyabrın 10-da və 2021-ci ilin yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış bəynatların icra vəziyyətini müzakirə edəcəklər.