No Image
No Image

Paşinyan məxfi arxivləri niyə açdı? – “Məqsəd “Qarabağ klanı”nın dayaqlarını sarsıtmaqdır”

Paşinyan məxfi arxivləri niyə açdı? – “Məqsəd “Qarabağ klanı”nın dayaqlarını sarsıtmaqdır”
"Paşinyanın keçmiş prezidentlə bağlı açıqlaması seçki öncəsi rəqiblərini neytrallaşdırmaq məqsədi daşıyır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanda Nikol Paşinyanın keçmiş prezident Serj Sarkisyanı hakimiyyəti dövründə Qarabağla bağlı gizli danışıqlarda ittiham etməsində hansı məqsədlərin dayandığına aydınlıq gətirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:

"Nikol Paşinyanın köhnə klanın, xüsusən də eks-prezident Serj Sarkisyanın hakimiyyəti dövründə Qarabağ problemi ətrafında danışıqların bəzi gizli detallarını açıqlaması, bu müstəvidə onu ittiham etməsi həmin problem ətrafında seçkiqabağı özünə qarşı yönələn bütün təzyiqləri neytrallaşdırmaq  niyyətindən irəli gəlir”.
 
Politoloq deyib ki, Paşinyan bununla Ermənistanın məğlub duruma düşməsinin məsuliyyətini öz üzərindən atmağa çalışır: "Göstərmək istəyir ki, yaranmış vəziyyətdə tək onun günahı olmayıb. Günahkar həm də əvvəlki hakimiyyət və onun rəhbəridir. Hələ Serj Sarkisyanın "Qarabağ klanı” hakimiyyətdə olan dövrdə işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması ilə bağlı müəyyən razılaşmalar olub, bir sıra sənədlərə imza atılıb. Paşinyan həmin məqamı indi ortaya atmaqla həmçinin Robert Köçəryan başda olmaqla "Qarabağ klanı”nın xalq qarşısında daha da nüfuzdan düşməsinə çalışır.

Ermənistanda seçki öncəsi vəziyyət daha ziddiyyətli bir mərhələyə daxil olmaqdadır. Serj Sarkisyanla Robert Köçəryan Paşinyana qarşı planlı şəkildə mübarizəyə keçiblər. Onlar indiki hakimiyyəti Qarabağı verməkdə günahlandırır və bu prosesdə birbaşa Paşinyanı ittiham edirlər”. 
 
Politoloqa görə, Paşinyan həm də manevr edir:"Paşinyan arxivləri açaraq, onunla tanış olduqca özünün dəhşətə gəldiyini xalqa çatdırmaqla manevr edir. Əsas məqsədi də özünün həmin prosesdə günahkar olmadığını, baş verən müharibəyə Sarkisyanın apardığı siyasətin səbəb olduğunu xalqa bəyan etməkdən ibarətdir. Paşinyan bununla məsuliyyəti öz üzərindən atmaq istəyir”.

Rüfət SULTAN
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Rusiya Qaragöl məsələsində həqiqəti deməyənə qədər..." - ŞƏRH

"44 günlük müharibənin yekunu olaraq bölgədə yeni münasibətlərin qurulması üçün mütləq sərhəd problemlərini də həll etmək lazım idi. Zəngəzur dəhlizinin işə sal...

Rəsmi Bakıdan Ermənistana çağırış: "Vəziyyəti gərginləşdirməyin"

"Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi həqiqətini qəbul etmələrini tövsiyə edirik”. Sfera...

Paşinyan Putinə zəng vurub, şikayətləndi - Danışığın MƏTNİ

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub. Kremlin mətbuat xidmətinin ...

Qaragöl ətrafında gərginlik: Azərbaycanla Ermənistan arasında 6 saatlıq danışıqlar necə başa çatdı?

Bəlli olduğu kimi Azərbaycan tərəfinin Laçın rayonunun Ermənistanla sərhəd ərazilərində öz dövlət sərhədini bərpa etməsi gərginliyə səbəb olub. Belə ki, yüksək ...

Lavrovun səfərindən dərhal sonra sərhəddə qarşıdurma – Nə baş verir?

"Azərbaycan Ordusunun işğal dövründə Ermənistanın qanunsuz irəli çəkdiyi dövlət sərhədini bərpa etməsi rəsmi İrəvan tərəfindən gərginlik ocağına çevrilir”. ...

Lavrov Bakıdadır

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu axşam o, Prezident İlham Əliyevlə ...