“Paşinyan istəyir ki, xərci Azərbaycan çəksin” - Moskva görüşündən gözləntilər

“Paşinyan istəyir ki, xərci Azərbaycan çəksin” - Moskva görüşündən gözləntilər
Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir.
 
Sfera.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadənin gözlənilən görüşlə bağlı deyib ki, tərəflər bir neçə mühüm problemləri müzakirəyə çıxaracaq:
 
"Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan təkbətək görüşə hazırlaşırdı. Amma Moskvanın proseslərə müdaxiləsi həmin görüşün Moskvada keçirilməsini qaçılmaz etdi. Qeyd edim ki, Rusiya prezidenti V.Putinin "Valday" diskussiya klubundakı çıxışı zamanı verdiyi mesajlar Azərbaycanı qane edirdi. Ona görə də Moskvanın vasitəçilyi ilə keçirilən bu görüş Azərbaycanın maraqlarına cavab verir. Rusiyada keçirilən bu görüşdə əsasən, bir neçə məsələdə razılaşmalar əldə edilə bilər. Bundan əlavə, Rusiyada burada öz maraqlarının təmini istiqamətdə təkliflərini razılaşmalara sala bilər”.
 
Ekspert hesab edir ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası müzakirələrin ana xəttini təşkil edəcək:
 
"Sərhədlərin müəyyənləşməsi Rusiyada saxlanılan sovet xəritələrinə uyğun olaraq aparılacaq. Rusiya prezidenti sərhəd məsələsində kompromis təklif edir. Görünür, Azərbaycanın anklavları ilə bağlı məsələlər sonrakı prosesə saxlanıla bilər. İkinci məsələ kimi nəqliyyat və kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizinin açılması razılaşdırılacaq. Ermənistan tərəfi "dəhliz" ifadəsindən nə qədər qaçmağa çalışsa da, b, baş tutacaq və həmin yola Rusiya hərbçiləri nəzarət edəcək. Ermənistan Zəngəzurda dəmir yolu və avtomobil yolunun çəkilməsi ilə bağlı xərcləri Azərbaycanın qarşılamasını qaldıra bilər”.
 
Politoloq Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsinə də toxunub:
 
"Tərəflər danışıqlarda mühüm istiqamətlər üzrə tam razılaşa bilsələr, Bakıda saxlanılan diversanatlar geri veriləcək və mina xəritələri Bakıya təqdim ediləcək. Eyni zamanda, Qarabağda silahlı erməni birləşmələrinin ləğvini Azərbaycan Moskva qarşısında qaldıracaq. Ermənistanla sülh müqaviləsinə gəldikdə isə, bu, danışıqların gedişatından asılı olacaq”.
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI: "Tiktokerlik etməkdənsə, gəlsin..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...

Ziya Hacılıya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər verir ki...

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...