Paşinyan isterikaya düşüb – Politoloq onun Bişkek sayıqlamalarını dəyərləndirdi

Paşinyan isterikaya düşüb – Politoloq onun Bişkek sayıqlamalarını dəyərləndirdi


"Bişkekdə Paşinyanın Azərbaycan əleyhinə səsləndirdiyi sərsəm fikirlərə görə gülünc duruma düşməsi beynəlxalq təşkilatlarda, o cümlədən KTMT-də Azərbaycanın mövqeyinin daha qabarıq şəkildə müdafiə olunmasının nəticəsidir”.


Sfera.az-a açıqlamasında bu sözləri Ermənsitan baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən KTMT toplantısında Azərbaycan əleyhinə danışması, guya ki, Suriyadakı terrorçuların Azərbaycanda cəmləşəcəyi barədə sərsəm açıqlamaları və qurum ölkələrini Bakıya silah satmaqda ittiham etməsinə münasibət bildirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:

 

"Ermənistanın KTMT-dəki mövqeyi, Paşinyanın açıqlamaları artıq üzv dövlətlər tərəfindən qeyri-ciddi qarşılanır. Paşinyan Bişkekdə də belə bir durumla üzləşdi. Erməni baş nazir Bişkek toplantısında Azərbaycan əleyhinə fikirlər səsləndirməklə düşünüb ki, quruma üzv ölkələri həmin məsələdə müəyyən mövqe tutmağa sövq edə bilər. Amma göründüyü kimi Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın belə qeyri-obyektiv yanaşmasına əhəmiyyət vermədilər”.

 

Həmsöhbətimiz hesab edir ki, Bişkekdə yaranmış vəziyyət onu göstərir ki, KTMT-də Ermənistanla müqayisədə, ona üzv olmayan Azərbaycanın sözü daha çox eşidilir:"Paşinyan çalışır ki, münaqişənin çözülməsinə KTMT-ni cəlb etsin. Ancaq Qarabağ münaqişəsi KTMT-nin standartlarına dəxli olmayan bir problemdir, çünki ortada işğal faktı var”.

 

Əsədullayevin fikrincə, Paşinyan isterikadadır: "Bişkekdə verilən bəyanatlar Paşinyanın isterikaya düşməsi və narahatlığından qaynaqlanır. İrəvanın nə deməsindən asılı olmayaraq Belarus və Rusiya Azərbaycana silah ixracını daha da artıracaq. Ümumiyyətlə, regionda geosiyasi vəziyyət dəyişir. Ermənistan da bunun fərqindədir. Paşinyanın verdiyi bəyanatlara baxmayaraq, Azərbaycana dəstək verən ölkələrin sayı artır. Ermənistan isə bu müstəvidə daha dərin izolyasiyaya düşür. Belə bir durumda İrəvanın KTMT-dəki müttəfiqlərindən lazımi dəstək ala bilməməsi Paşinyanı qəzəbləndirib. Yaranmış vəziyyətdə Ermənistanın KTMT çərçivəsində mövqeyi yaxın dövrlərdə daha da zəifləyəcək. Sözügedən quruma üzv olmamasına baxmayaraq Azərbaycanın mövqeyi isə daha da güclənəcək”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR