“Paşinyan “İskəndər”lə bağlı qalmaqaldan sonra üzr istəməli idi”

“Paşinyan “İskəndər”lə bağlı qalmaqaldan sonra üzr istəməli idi”
"Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının hökumətin istefası ilə bağlı bəyanatı ordunun gücləndirilməsinə və bərpasına sistem səviyyəsində mane olan hökumətə etiraz harayı idi”.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan Rusiya mətbuatı üçün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "İskəndər”lə bağlı yaşanan qalmaqallı hadisələrdən sonra Baş nazir Nikol Paşinyan Baş Qərargahdan və şəxsən general Tiran Xaçatryandan üzr istəməli idi.

Qarabağdakı məğlubiyyəti şərh edən Koçaryan səbəblərdən birinin orduya davamlı hücumlar olduğunu vurğulayıb: "Üç ildir orduya və generallara hücumlar mütəmadi olaraq təkrarlanır. Bu, müharibədəki məğlubiyyətin səbəblərindən biridir. Güc proqnozlaşdırıla bilən və başa düşülən olmalıdır. Ölkəni belə bir rejimdə idarə etmək mümkün deyil. Baş Qərargahla yaşanan hadisə, ölkədəki məyusedici vəziyyəti göstərir”.

Silahlı Qüvvələr Baş Qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi məsələsinə toxunan Koçaryan, hazırki Prezident Armen Sarkisyanın Konstitusiya çərçivəsində üç seçimi olduğunu bildirib.

"Birinci seçim - razılaşır, ikincisi - fərmanı imzalamır, amma qüvvəyə minir, üçüncüsü - hüquqi sahədə bir həll tapmağa çalışır”,- deyə eks-Prezident qeyd edib.

İlk iki seçim Baş nazirlə razılaşmaq deməkdir. Koçaryan hesab edir ki, Prezident qararın tərəfdarı olub-olmadığına qərar verməlidir. Belə ki, onun qəti mövqeyini ifadə etməsinə heç nə mane olmur.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezident Armen Sarkisyana göndərib.

Sarkisyan isə öz konstitusiya səlahiyyətləri çərçivəsində Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı hökumət rəhbərinə geri qaytarıb.

Daha sonra Paşinyan Qasparyanın vəzifədən azad edilməsi barədə Prezidentə təkrar müraciət ünvanlayıb./Qafqazinfo

OXŞAR XƏBƏRLƏR

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...