Paşinyan “hər şeyə hazırıq” mesajı verdi: “Yükü Moskvanın üzərinə qoymaq istəyir”

Paşinyan “hər şeyə hazırıq” mesajı verdi: “Yükü Moskvanın üzərinə qoymaq istəyir”
"Ermənistanın Baş naziri Paşinyanın 2022-ci il dövlət büdcəsinin müzakirəsi zamanı üç fikri diqqət çəkir”.
 
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Nikol iddia edir ki, Azərbaycan Ordusunun Zod (Kəlbəcər-Söyüdlü) - Xəzinəvar (Gorusun kəndi) hissəsindən çıxarılması demarkasiya prosesi üçün əlverişli şərait yaradacaq:

"Bu fikir Azərbaycanın toqquşmaların baş verdiyi Kəlbəcər istiqamətində Ermənistanın işğal dövründə irəli çəkdiyi dövlət sərhədini praktiki olaraq bərpa etdiyini deməyə əsas verir. İkincisi, Nikol sərhəddəki ordunu sərhəd qoşunları ilə əvəzləməkdən danışır. Bu plan Ermənistanın 2021-2025-ci il dövlət proqramında əksini tapıb. Plana görə, Ermənistanın yeni müdafiə strategiyası əsasən sərhəd qoşunlarının təkmilləşdirilməsi üzərində qurulur. Bu, İrəvanda mövcud hakimiyyətin postmüharibə dövrünə hazırlığıdır. Üçüncüsü, Nikol çıxışında "regionda yeni dövrün başladığını, düşmənçilik atmosferindən çıxmağın vacibliyini” vurğulayıb və bəyan edib ki, "Ermənistanın niyyəti yeni ərazilər tutmaq deyil””.

Siyasi şərhçi qeyd edib ki,  Paşinyan hakimiyyəti ölkəni blokadadan çıxarmaq üçün "hər şeyə hazırıq” mesajı verir:

"Bu, həm də Ermənistanın Qarabağ iddiasını tədricən arxa plana keçirməsidir. Paşinyanın təhlükəsizlik prioritetinin sərhədin mühafizəsi olduğunu açıqlaması da buna hesablanıb. Hərçənd, burada İrəvan Qarabağdakı erməniləri Rusiyanın qucağına itələmək və yükü Moskvanın üzərinə qoymaq niyyəti də məlumdur”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...