Paşinyan da deputat mandatından imtina etdi
21:33 / 20.07.2021
1135
Ermənistan parlamentinə 18 namizəd, o cümlədən "Vətəndaş müqaviləsi” Partiyasının lideri, ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deputat mandatından imtina edib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan feysbuk səhifəsində bildirib.
Paşinyandan savayı, parlamentin spikeri Ararat Mirzoyan da deputat mandatından imtina edib. Parlamentdə işləməkdən imtina edən digər iki namizəd "Ermənistan” blokunu təmsil edir. Onlardan biri blokun lideri Robert Koçaryandır. Koçaryan mandatdan imtina etdiyini ötən gün açıqlamışdı.