Paşinyan bütün ermənilərdən üzr istədi - Mitinqdə

Paşinyan bütün ermənilərdən üzr istədi - Mitinqdə
Ermənistanın Baş naziri Nikol Paşinyan Respublika meydanında keçirilən mitinq zamanı rəhbəri olduğu hökumətin səhvlərinə görə bütün ermənilərdən üzr istəyib.

Sfera.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, 30 illik müstəqillik dövründə ölkə hakimiyyəti mümkün olan bütün səhvlərə yol verib. Həmçinin, son 2 il 10 ayda da bütün mümkün səhvlər edilib.

"Söhbət hökumətdən, şəxsən məndən gedir. Mən bütün Ermənistan vətəndaşlarından, diaspor ermənilərindən səhvlərimə görə üzr istəyirəm”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, hökumət və özü tərəfindən edilən səhvlərin əsas səbəbi xalq sevgisindən "zövq almaları” olub:

"Biz o qədər sevilirdik ki, bu xalq sevgisinə layiq olmaq üçün hər şeyin tam və ideal olmasını istədik. İdeal seçimlərin axtarışı isə bir çox hallarda fəaliyyətsizliyə səbəb oldu. Bəzən seçim pis və ən pis arasında olurdu”.

Erməni mətbuatı Paşinyanın sözügedən nitqini həmişə olduğu kimi, şifahi deyil, vərəqdən oxuyaraq söyləməsinə diqqət çəkib. (Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...

Fransa Azərbaycandakı səfirini GERİ ÇAĞIRDI

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirl...

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanı qəbul edib.   Bu barədə Musa...

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırla...

Almaniya prezidenti Türkiyəyə gedir – RƏSMİ

Almaniya prezidenti Frank-Valter Ştaynmayer gələn həftə üçgünlük səfərlə Türkiyəyə gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Almaniya pr...

Sülhməramlılar Azərbaycanı tərk etdi - VİDEO

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib.    Sfera.az bu barədə Musavat.com-a istinadən xə...