Paşinyan bu iki yoldan birini seçəcək – “Ya özü prezident olacaq, yaxud...”

Paşinyan bu iki yoldan birini seçəcək – “Ya özü prezident olacaq, yaxud...”
Xəbər verdiyimiz kimi, iki gün öncə Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. Müvəqqəti olaraq onu ölkə parlamentinin spikeri Alen Simonyan əvəz edir.

Maraqlıdır, Ermənistanda prezident postuna kim gətirilə bilər? Baş nazir Nikol Paşinyanın bu kürsüdə qərarlaşma ehtimalı nə qədərdir?
 
"Ermənistanda seçki ilə hakimiyyətə gələn bəzi şəxslər ölkədə hakimiyyət sistemini dəyişərək özlərini prezident kimi təqdim edib, səlahiyyətlərini artırıblar. Biz bunu ən son Türkiyədə gördük. Belə ki, ölkənin baş naziri Ərdoğan hakimiyyəti öz əlində cəmləşdirdikdən sonra prezidentin səlahiyyətlərini artırdı və növbəti seçkilərdə prezident seçildi. Bundan əvəl isə Süleyman Dəmirəl və Turqut Özal da buna cəhd etmişdi. Düşünürəm ki, Ermənistanda da oxşar proseslərin yaşanması mümkündür”,- deyə politoloq Turab Rzayev Sfera.az-a açıqlamasında bildirib.  

T.Rzayev zəif iradəli birinin də hakimiyyətə gələ biləcəyini deyib:

"Ermənistanda daha uyğun versiya o ola bilər ki, Nikol Paşinyanın iradəsindən çıxa bilməyən, daha zəif bir siyasi lider prezident seçilsin . Məsələn, Gürcüstanda İvanaşvili hakimiyyətini bərqərar etmək üçün Salome Zurbişvili kimi iradəsi zəif, əqli və fiziki sağlığı yerində olmayan bir şəxsi prezident kürsüsünə əyləşdirdi. Nikol Paşinyan da bu üsula əl ataraq özünün də idarə edə biləcəyi şəxsi hakimiyyətə gətirməyə çalışır. Lakin Qazaxıstanda dövlət çevrilişi olduğu kimi, Ermənistanda da ola bilər. Bu baxımdan Nikol Paşinyan bu ehtimalı da dəyərləndirərək prezident kürsüsünə özü də sahiblənə bilər”.
 
Əzizə Zeynal  
 

OXŞAR XƏBƏRLƏR

"Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət

İngiltərə Premyer Liqasının 29-cu turunda "Arsenal" və "Çelsi" komandaları qarşılaşıb.   Sfera.az bildirir ki, “topçular&rd...

Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.   Sfera.az-ın report-a istinadən xəbərinə görə,...

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...

Bayden qanunu imzalayacaq, lakin "TikTok" ABŞ-də qadağan olunmaya bilər - SƏBƏB

Xəbər verdiyimiz ki, Co Bayden bu gün ABŞ-də “TikTok”un qadağan olunması ilə bağlı qanun layihəsi imzalayacaq.   Sfera.az bildirir k...